SON XƏBƏRLƏR

İranın keçmiş naziri bıçaqlanıb

2021.10.20, 07:36
İranın keçmiş naziri bıçaqlanıb

Gunaz.tv

GünAzTv: keçmiş nazir Əhməd Motəmedini Tehranın Əmir Kəbir Universitetində bıçaqlayıblar. Bu barədə İranın müxalifət saytları məlumat yayıb.

Xəstəxanaya gətirilən Motəmedinin sinəsində bir neçə bıçaq yarası var.

Motəmedini bıçaqlayan şəxs yaxalanıb. Yaralı isə xəstəxanaya çatdırılıb. Onun cərrahi əməliyyat olduğu bildirilir.

Motəmedi Məhəmməd Xatəmi prezident olanda onun telekommunikasiya (ettelaat və fənaveri) naziri olub. Sonradan universitetdə dərs deməyə başlayıb.

Bu məlumatlara hökumət hələ rəsmi reaksiya verməyib.

Onun uşaqları prezident seçkilərindəki etirazlarda fəal iştirak etdiklərinə görə tutulmuşdular.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar