SON XƏBƏRLƏR

Mədəni fəal Hüseyn Nəsiri hələdə həbsdə saxlanılır

2021.10.20, 07:36
Mədəni fəal Hüseyn Nəsiri hələdə həbsdə saxlanılır

Gunaz.tv

GünAzTv: Bu gün “Urmu Gölü Dəstək Kampaniyası Yığıncağı”-nın keçirildiyi gündən bir ay keçdi. Bu müddətdə İran Təhlükəsizlik Qüvvələri tərəfindən tutulanların bir çoxu tədricən mülki vəsiqə qarşılığında və zəmanət müqabilində sərbəst buraxılsalarda hələdə Təbrizin mərkəzi zindanında saxlanılan iki soydaşımız var. Onlardan biri Hüseyn Nəsiri Digəri isə Salmas şəhəri sakini Məhəmməd Məhəmmədludur.

 

Məlumatlara əsasən mədəni fəal Hüseyn Nəsiri Urmu Gölü Körpüsü kənarında yaxalandıqdan sonra ilk olaraq Üskü şəhərinin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə, sonra Təbrizin ETTELAATına və nəhayət Təbrizin mərkəzi zindanına aparılıb.

 

Onun yaxınlarının məlumatına görə, Nəsirini bir neçə dəfə Təbrizin mərkəzi zindanındaN ETTELAAT idarəsinə aparın sorğu-suala tutublar.

 

Hüseyn Nəsirinin ailəsinə yaxın mənbələrdən aldığımız məlumata görə, ilk olaraq cənab Nəsirini 30000 dollarlıq (30 milyon tümən) mülki vəsiqə qarşılığında azadlığa buraxmaq istəyiblər. lakin sonra keçmişdəki milli-mədəni zəmində olan dosyasına görə, onun azadlığı bir qədərdə mürəkkəbləşib və hələlik buraxılması gözlənilmir.

 

Xatırladaq ki, cənab Nəsiri 2007-ci il aprel ayının 26-da (1386-ci il ordibeheşt ayının 6-ı) 22 may milli qiyamın ildönümünə aid bildiriş yaydığı ittihamı ilə yaxalanıb, 81 gün saxlanıldıqdan sonra 30000 dollarlıq (30 milyon tümən) mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdı. Həmçinin Cənab Nəsiri 2009-cu il dekabr ayının 29-da (1388-ci il dey ayının 8-i) tanınmış milli fəal mərhum Çingiz Bəxtavərin dəfn mərasimində İran təhlükəsizlik Qüvvələri tərəfindən döyülüb və yaralananlardan biri olub.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar