SON XƏBƏRLƏR

Küveyt parlamenti İranın səfirini qovmaq istəyir

2021.10.20, 07:36
Küveyt parlamenti İranın səfirini qovmaq istəyir

Gunaz.tv

GünAzTv: Küveyt parlamentinin deputatları İran səfirinin ölkədən xaric olunmasını tələb edirlər.

Mayın 1-də Küveytin “Əl-Qəbəs” qəzeti ölkənin ordu və polis təşkilatlarında gizli fəaliyyət göstərən İran İnqilab Keşikçiləri Korpusuna (“Sepah”) bağlı casus şəbəkəsinin aşkarlandığını və ən azı 7 İran casusunun tutulduğunu xəbər verib. Qəzetin yazdığına görə, casuslar ABŞ-ın Küveytdəki hərbi bazaları barədə məlumat toplayaraq “Sepah”a ötürürmüşlər.

 

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə,  Küvet parlamentinin deputatları bununla bağlı birgə bəyanat yayaraq İran səfirinin Küveytdən çıxarılmasını istəyiblər.

 

Deputat Məhəmməd Hayif jurnalistlərə açıqlamasında İran səfirinin ölkədən çıxarılmasını, Küveytin isə Tehrandakı səfirini geri çağırmasını vacib saydıqlarını vurğulayıb: “Neçənci dəfədir ki, İranın ölkəmizdə casusluq şəbəkələri ifşa olunur. Əgər hökumətimiz bu məsələyə göz yumub sussa, məsələnin ictimailəşməsi üçün əlavə tədbirlər görəcəyik”.

 

İran casuslarının kimliyi barədə açıqlama verilmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar