SON XƏBƏRLƏR

“Traxtur”-un ”Real Madrid”-dən daha çox tərəfdarı var

2021.10.20, 07:36
“Traxtur”-un ”Real Madrid”-dən daha çox tərəfdarı var

Gunaz.tv

GünAzTv: keçən 4-cü gün İran üzrə fəaliyyət göstərən futbol klublarının məsulları İspaniyaya daxil olublar. onlar Madridin bir neçə idman mərkəzində bulunublar.

 

Səfərdəki qrup üzvləri “Real Madrid”-in məşk(təmrin) və digər imkanları ilə tanış olublar. “Traxtur” klubunun müdiramili cənab Nasir Şəfəq “Real Madrid” klubunun məsullarının birinə “Traxtur” komandası ilə bağlı məlumat verir.

 

“Real Madrid”-in rəsmisi, “Traxtur”-un ortalama 70000 nəfərdən artıq tamaşaçısı olduğunu eşidincə təəccüblənib. Nasir Şəfəq bəyan edib ki, hazırda “Traxtur”- 482000 nəfərdən artıq rəsmi tərəfdarı qeyd olunub. Bu xəbər də İspaniyalı məsulun təccübünə səbəb olub. O bildirib ki, Real Madridin qeyd olunmuş rəsmi tərəfdarı 75000 nəfərdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar