SON XƏBƏRLƏR

Mədəni fəal azadlığa buraxılıb

2021.10.20, 07:36
Mədəni fəal azadlığa buraxılıb

Gunaz.tv

GünAzTv: Təbriz zindanında həbs olunmuş Azərbaycanlı mədəni fəal cənab Əta Kərimi azadlığa buraxılıb. O 29 gün saxlanıldıqdan sonra 2010-cu il aprel ayının 29-da (ordibeheştin 9-u) zəmanət və 30000 dollarlıq (30 milyon tümən) mülki vəsiqə müqabilində sərbəst buraxılıb.

 

26 yaşlı Əta Kərimi aprel ayının 2-də (fərvərdinin 13-ü), Urmu Gölü Yığıncağı mərasimində İran Təhlükəsizlik Qüvvələri tərəfindən tutuqlanmışdı.

 

Onun yaxınlarının verdiyi məlumata görə, Kərimi ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsində vəhşicəsinə döyülüb və ağır işgəncələrə məruz qalıb. Onun sifətdən tanınmaz bir hala düşdüyü bildirilir.

 

Xatırladaq ki, Urmu Gölü Yığıncağında tutulan fəallardan daha ikisi (Hüseyn Nəsiri və Məhəmməd Məhəmmədlu) hələdə Təbrizin mərkəzi zindanında saxlanılırlar.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar