SON XƏBƏRLƏR

Mətbuat azadlığının düşmənləri: Tehran və Pekin

2021.10.20, 07:36
Mətbuat azadlığının düşmənləri: Tehran və Pekin

Gunaz.tv

GünAzTv: GünAzTv mətbuat mərkəzinin “Bütövazərbaycanbirliyi” saytına istinadən yaydığı məlumata görə, “Almaniya Jurnalistlər Birliyi” İran və Çini mətbuat azadlığının düşmənləri adlandırıblar. Onlar bildiriblər ki, Tehran və Pekin dünyada informasiya və ilətişim texnologiyasından istifadə etmələrinə baxmayaraq ölkə sərhədlərindən içəri heç bir informasiyanın buraxılmasına imkan vermirlər.

Almaniya dövlət radiosunun verdiyi xəbərə görə, Almaniyanın beynəlxalq radio verilişləri “DEUTSCE WELLE”nin baş dirrektoru Erik Betermanın sözlərinə görə, Pekin və Tehran rejimləri dünyada mövcud qaydalara tərs davranırlar. Onlar dünyada mövcud informasiya və ilətişim texnologiyalarından istifadə etdikləri halda ölkə daxilində buna qarşı ciddi qadağalar tətbiq edirlər.

“DEUTSCE WELLE”nin baş dirrektoru bildirib ki, bu iki ölkə radio-televizya verilişlərinin qarşısın almaq üçün parazitlər buraxır, saytlara filter qoyur və başqa bu kimi vasitələrdən istifadə edərək vətəndaşların informasiya təminatında ciddi problemlər və məhdudiyyətlər yaradırlar.“Almaniya Jurnalistlər Birliyi”nin sədri Mişail Konke Erik Betermanın bəyanatın dəstəkləyərək əlavə edib ki, bütün əngəgəllərə baxmayaraq müasir dövrdə Tehran və Pekin rejimləri kimi diktator quruluşların insanları “kar” və “kor” saxlamaları mümkün deyil. Texnologiyanın günü-gündən gəlişməsi bu tip gerici rejimləri hədəflərinə çatmaqda məyus edəcək. 

 Xatırladaq ki, 3 may beynəlxalq Mətbuat Azadlığı günüdür. Bu münasibətlə “Sərhədsiz Reportiyorlar Birliyi” yeni albom kitab nəşr edib. Kitaba dünyanın mətbuatın ən çox təzyiqlərə məruz qaldığı 14 ölkəsindən material və şəkillər daxil edilib. Ötən il preZident seçkisinin nəticələrinə etiraz zamanı Tehran rejiminin məmurları tərəfindən öldürülən Neda Aqa Soltanın şəklidə kitaba daxil edilib.  “Sərhədsiz Reportiyorlar Birliyi”nin sözcüsünün dediyinə görə NEDA dünyada müqavimət simvoluna çevrilib.

 PS: Bir neçə gün öncə “freedom house”in dünyada mətbuat azadlığı ilə bağlı hazırladığı son hesabatına görə, İran mətbuat azadlığı sahəsində 187-ci yerdə dayanaraq ötən illərdə olduğu kimi yenədə qeyri azad ölkələr sırasındadır. Bu hesabatda İrandan sonrakı yerləri yalnız Özbəkistan, Türkmənistan, Quzey Koreya və Bırma tutur.“freedom house”un keçən ilki hesabatında İran 2008-ci ildə 181-ci yeri tutaraq Çin və Ruanda ilə yanaşı dayanmışdı. Bununlada İran öz “rütbəsini” artıraraq 6 pillə siyahının sonuna doğru irəliləmişdir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar