“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
GünAzTv: Ermənistanla Türkiyə arasında imzalanmış protokolların ratifikasiyası prosesinin iflasa uğraması Qərbdə narahatlıq doğurub. “Röyter” agentliyinin təhlilində deyilir ki, ABŞ bu protokolların reallaşmasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına da müsbət təsir edəcəyinə inanırdı. Lakin indi hesab edilir ki, protokolların iflası Qarabağda yeni müharibənin başlanması riskini artırıb. Bu da Qərbə istiqamət alan neft-qaz kəmərlərinin yaxınlığında yeni münaqişə təhlükəsini yaradır.
“Müşahidəçilər qeyd edir ki, Ermənistanın protokolların ratifikasiyasını birtərəfli qaydada dayandırmasından əvvəl də hər iki ölkə parlamentləri ratifikasiya istiqamətində heç bir addım atmamışdı və prosesin dalana dirəndiyi məlum idi” - deyə agentlik qeyd edir. Təhlildə deyilir ki, protokolların iflası SSRİ-nin dağılmasından sonra yaranan ən qanlı münaqişələrdən biri olan Qarabağ münaqişəsinin gələcəyini də böyük problemlə qarşı-qarşıya qoyur.“Bir çoxları Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasının Qarabağ danışıqlarına da müsbət təsir edəcəyinə inanırdı. Lakin Azərbaycan Türkiyənin Ermənistanla həyata keçirdiyi normallaşma prosesini xəyanət kimi qəbul etdi. Türkiyə isə Bakının təzyiqləri qarşısında normallaşma prosesini Qarabağ danışıqları prosesində Ermənistana təzyiq kimi istifadə etməyə çalışdı” - deyə məqalədə bildirilir.Agentlik qeyd edir ki, analitiklərin qənaətin görə, protokolların ratifikasiya prosesinin dondurulması da Azərbaycanın narahatlıqlarını azaltmır. Vaşinqtondakı Con Hopkins Universitetinin Orta Asiya və Qafqaz proqramlarının direktoru Svante Kornell qeyd edir ki, Ermənistanla normallaşma prosesi Azərbaycanı təcrid edib, ölkənin xarici siyasətlə bağlı planlarını pozub və hakimiyyətin mövqelərini zəiflədib: “ABŞ və Rusiya Cənubi Qafqazda sabitliyi və rifahı təmin etmək üçün normallaşma prosesinə dəstək verir. Türkiyə isə bu prosesi başlatmaqla Qərbdən tərif eşitmək istəyirdi. Dənizə çıxışı olmayan Ermənistan isə sərhədlərin açılmasından öz iqtisadiyyatını böhrandan çıxarmaq üçün faydalanmaq istəyirdi. Protokolların ratifikasiyası dayansa da Vaşinqton bildirir ki, proses ölməyib və onun yenidən sürətlənməsi üçün zamana ehtiyac var. Ancaq diplomatların qənaətinə görə, Türkiyənin Qarabağ şərtindən geri çəkilməsi, yaxud Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün Qarabağ məsələsində güzəştə getməsi gözlənilmir”.Məqalədə bildirilir ki, rəsmi Bakı prosesin çıxış nöqtəsinin ABŞ-dan qaynaqlandığını bildiyi üçün onun Vaşinqtonla münasibətləri gərginləşib. Amerika ilə Azərbaycan arasında hərbi təlimlər təxirə düşüb, rəsmi Bakı Vaşinqtonla strateji tərəfdaşlığa yenidən baxa biləcəyini açıqlayıb. Paralel olaraq Qarabağ danışıqlarında gərginlik yaranıb. Beynəlxalq Böhran Qrupunun analitikləri qeyd edir ki, tərəflər arasında anlaşma əldə edilməsi imkanları məhdudlaşıb. Paralel olaraq Azərbaycan daha çox hərbi ritorikaya üstünlük verir. Bu isə həm münaqişə tərəfləri, həm də bütövlükdə region üçün təhlükəli nəticələrə səbəb olan hadisələrin baş verməsinə gətirib çıxara bilər.Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə aprelin 30-da axşam televiziya ilə xalqa müraciətində növbəti dəfə Ermənistanla yaxınlaşma prosesinə toxunaraq deyib ki, Qarabağ məsələsi münasibətlərin normallaşması prosesini əngəlləyir: “Azərbaycanla Ermənistan arasındakı münaqişə həll olunmadan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı atdığımız addımlar əngəllə üzləşəcək”.Baş nazir televiziya ilə çıxışında aprelin əvvəllərində Vaşinqtona səfəri və orada keçirdiyi görüşlərdən danışıb. Ərdoğanın sözlərinə görə, bu görüşlərdə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub və o, qeyd edib ki, bu münaqişənin həlli istiqamətində qəti addımların atılması Türkiyə üçün çox vacibdir: “Biz əvvəlcədən şərt irəli sürülməməsini qəbul edirik. Amma bunun qarşısında bir arqumentimiz var. O da bölgədə sülhə xidmət edəcək bir razılaşmadır. Bölgədə sülhün yaranmasında iki vacib iştirakçı var-Azərbaycan və Ermənistan”.Ərdoğan Ermənistanın Türkiyə ilə imzalanmış protokolların ratifikasiyasını dayandırmasına da münasibət bildirib. O, qeyd edib ki, bu, Ermənistanın öz qərarıdır və burada Türkiyənin mövqeyi dəyişməyib. Belə ki, Türkiyə protokollara sadiq olaraq qalır.
***
Qeyd edək ki, Azərbaycan iqtidarının ikinci Qarabağ savaşını başlatmaq planı olması barədə Azərbaycan və bir sıra xarici ölkə mediası dəfələrlə yazıb. Redaksiyamıza o da məlumdur ki, belə bir savaş ehtimalını nəzərə alan Azərbaycan iqtidarı, konkret olaraq prezident Əliyev yaxın münasibətlərdən istifadə edərək, hərbi əməliyyatlar zamanı Rusiyanın olaya neytral qalmasını təmin etmək istəyir. Bunu da öz səbəbi var. Məlum olduğu kimi, 2008-ci ildə qonşu Gürcüstan öz ərazi bütövlüyünü təmin etmək üçün hərbi əməliyyatlara başlayanda, bunun qarşısını məhz Rusiya hərbi müdaxilə ilə almışdı. O zaman Rusiyanın müdaxiləsi o dərəcədə aqressiv olmuşdu ki, az qala Gürcüstanı tamamilə işğal edəcəkdi. O zamana qədər Azərbaycan iqtidarı da bütün dünyaya və cəmiyyətə işğal altındakı torpaqları müharibə yolu ilə qaytaracağını açıq şəkildə bəyan edirdi. Gürcüstanın başına gətirilənlərdən sonra bizim iqtidar da bir müddət tamamilə bu mövzudan danışmadı; sonra xəbər gəldi ki, rəsmi Bakı Rusiya ilə qeyri-rəsmi şəkildə anlaşaraq, işğal altındakı torpaqların bir qisminin (2-3 rayonun) geri alınması üçün lokal hərbi əməliyyatlara başlamağa onu razı salmaq istəyir. Bu plana görə, bundan sonra ermənilər danışıqlarda özlərini daha “konstruktiv” aparacaqdılar, erməni ictimaiyyəti də müharibənin təkrar başlaması halında, hər şeyin itirilə biləcəyini anlayaraq, öz iqtidarının güzəşt mövqeyi tutmasını xəyanət kimi qəbul etməyəcəkdi... Bu plan hələ də qüvvədədir; onun tətbiqi üçün Rusiyanın qeyri-rəsmi “dobro”su gözlənilər. Bu barədə hətta qardaş Türkiyə iqtidarı da məlumatlandırılıb. Müəyyən hazırlıqların getməsi barədə prezident Əliyevin Azərbaycanın Müdafiə Nazirliyinin binasına gələrək, burada hərbi rəhbərlik və səhra komandirləri ilə müşavirə keçirtməsi də təəssürat yaradır. Hətta bəzi iddialara görə, ikinci Qarabağ savaşının başlaması ehtimalı o dərəcədə yaxındır ki, qardaş Türkiyə Naxçıvan Muxtar respublikasının rəhbəri Vasif Talıbovu Ankaraya dəvət edərək, əslində “Naxçıvanın kimə aid olmasını” bütün dünyaya, xüsusilə də ermənilərə nümayiş etdirmişdir. Burada diqqət ediləsi məqam budur ki, Dağlıq Qarabağda hərbi əməliyyatların başlaması halında, ermənilər ikinci cəbhə açaraq, Naxçıvana hücum edə bilərlər. “Ankara bu ehtimalı hesablayaraq, son addımı atdı - Vasif Talıbovun qəbulu üzərindən Ermənistana və lazım olan hər kəsə mesaj verildi ki, Naxçıvan Türkiyənin xüsusi maraq dairəsindədir”.Bu cümlələr qəzetimizə danışmağa razılaşan Türkiyədəki təhlilçilərdən birinə məxsusdur. Xatırladırıq ki, mövcud olan Qars müqaviləsi Türkiyəyə qanuni imkan verir ki, hər hansı üçüncü dövlət müdaxilə etsə, türk qoşunları Naxçıvana girsin...
***
Beləliklə, artıq hər kəs yenidən müharibədən danışır. Azərbaycan və Ermənistan rəhbərliyi qarşılıqlı olaraq savaş bəyanatları verirlər; nüfuzlu analitik qurumlar, dünya çapında güvənilən media qurumları, o cümlədən də bugünkü yazıda göstərilən “Röyter” agentliyi... Bunlar onu göstərir ki, artıq müharibə məsələsi gündəmdədir; bu yalnız ritorika deyil; avantüradan da o tərəfədir; və yalnız Azərbaycan iqtidarı deyil, bütün cəmiyyətimiz hərbi əməliyyatların başlanması ehtimalına hazırlaşmalıdır. musavat
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu