SON XƏBƏRLƏR

Bəhreyn beynəlxalq konfransda İranı narkotik vasitələrini yaymaqda suçlayıb

2021.10.20, 07:36
Bəhreyn beynəlxalq konfransda İranı narkotik vasitələrini yaymaqda suçlayıb

Gunaz.tv

GünAzTv: Aprelin 30-da Səudiyyə Ərəbistanında narkomanlığa qarşı beynəlxalq konfrans keçirilib. Konfransda 27 ölkənin təmsilçisi iştirak edib.GünAzTv mətbuat mərkəzinin Lent.az-a istinadən yaydığı məlumata görə,  Londonda ərəb dilində çıxan “əl-Şərqülövsət” qəzetinin yazdığına görə, konfransda Bəhreynin yüksək rütbəli rəsmiləri Tehran hakimiyyətini bölgədə narkotik qaçaqmalçılığı ilə məşğul olanları himayə etməkdə və qonşu dövlətlərdə bu sayaq maddələrin yayılmasına cəhd göstərməkdə suçlayıb. Onun sözlərinə görə, son günlərdə 100 kiloqramdan artıq narkotik maddəni Bəhreynə qanunsuz keçirmək istəyən 6 İran vətəndaşı saxlanılıb. Tutulmuş iranlılar komitə başçısının dediklərini təsdiqləyiblər.Məlumata əsasən, konfransın sonuncu günü ünvanlarına bu sayaq ittihamların səslənəcəyini bilən İslam Respublikasının təmsilçiləri toplantıda iştirak etməyib. “Bəhreyn təhlükəsizlik xidmətinin araşdırmaları nəticəsində Tehran hakimiyyətinin narkomafiyanı himayə etməsi haqda təkzibedilməz faktlar əldə edilib. İrana ünvanladığımız sorğuların və etiraz məktublarının cavabsızlığı, ölkə rəsmilərinin münasibəti narkotik maddələrin qanunsuz yayılmasında onların əli olduğunu bir daha təsdiqləyir”. Bəhreynin Narkomaniyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Mübarək bin Abdulla çıxışında bildirib ki, Tehran nümayəndələrinin konfransda iştirakını və səslənən ittihamlara cavab vermələri arzu olunurdu: “Bəhreyn təhlükəsizlik xidmətinin araşdırmaları nəticəsində Tehran hökumətinin narkomafiyaları himayə etməsi haqda inkar edilməz faktlar əldə edilib. Bizim ünvanladığımız sorğular və etiraz məktublarına Tehran rəsmilərinin yanaşma tərzi bizdə bu ölkənin narkotik maddələrin yayılmasında bir başa əli olduğuna dair faktları bir daha təsdiq etmiş olur.”Yəmənin narkomanlığa qarşı mübarizə komitəsinin rəhbəri Məsəbül Sufi də çıxışı zamanı deyib ki, bölgə ölkələrində yayılması üçün nəzərdə tutulmuş 33 ton narkotik maddə aşkarlayıblar. Onun da sözlərinə görə, araşdırmalar nəticəsində bu “malların” arxasında da İran təhlükəsizlik qüvvələrinin dayandığı aşkarlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar