SON XƏBƏRLƏR

İran Tarixi abidələrimizdən intiqam alır

2021.10.20, 07:36
İran Tarixi abidələrimizdən intiqam alır

Gunaz.tv

GünAzTv: İranda Azərbaycan mədəniyyəti, tarixi, əski abidələri və mənəvi həyatı nəinki dövlət dəstəyindən məhrumdur, eyn halda dövlət tərəfindən ağır zərbələrə məruz qalır.

 

Güney Azərbaycanlı soydaşlarımızdan biri ünvanımıza müraciətində bildirib ki, o dünən aprel ayının 30-da (ordibeheştin 10-u) Urmu şəhərinin gülüstü məhəlləsində qəribə hadisə ilə rastlaşıb. Onun sözlərinə görə,  “Lütfəlixan məscidi”-ni yıxırlar. Adını çəkdiyimiz məscid isə Azərbaycanın mühüm tarixi abidələrindən biri sayılır.

 

4 , 5 il öncə isə Urmu şəhərinin hazırki “İmam” xiyabanında yerləşən “Şeyx Əlixan Hamamı”-nı da “Sərdaran” xiyabanının salınması bəhanəsi ilə yıxdılar. Bunada hər zamankı kimi dövlətin səlahiyyətli orqanları göz yumdular.

 

Azərbaycanın tarixi abidələrini yerindən sökən vandalistlər, sökə bilmədikləri abidələrimizin adını dəyişirlər. o cümlədən Urmu şəhərindəki “Doqquz pillə buzxanası”-dır.

 “Mədəni miras təşkilatı” tarixi abidələri təhrifdən qorumaq yerinə, elə özü rəsmi şəkildə onları təhrif edir. “Doqquz pillə buzxanası”, Mədəni miras təşkilatının peşəkar mütərcimləri tərəfindən “Yəxçale noh(9) pelle” kimi tərcümə və təhrif olunub.

 

Artıq İranın bütün coğrafiyasında bu kimi qərəzli təhriflərə rast gəlmək çox adı haldır. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar