SON XƏBƏRLƏR

“Səbəlan” Tekstil Fabrikası işini dayandırdı

2021.10.20, 07:36
“Səbəlan” Tekstil Fabrikası işini dayandırdı

Gunaz.tv

GünAzTv: İranın 1500 işçi ilə fəaliyyət göstərən, ən böyük tekstil fabrikası (karxanə) öz işini dayandırıb.

 

“Səbəlan” Tekstil Fabrikasının fəaliyyətinin dayandırılması bütün işçiləri işsizlər sırasına salıb. Adını çəkdiyimiz fabrika bir il öncə işçilərinin yarısını maliyə problemi ucbatından işdən çıxarıb.  Bu isə işçilərin etiraz aksiyasına səbəb olub.

 

Etiraz aksiyasını yatırmaq üçün ETTELAATın (İran Kəşfiyyat Nazirliyi) müdaxilə etdiyi bildirilir. ETTELAAT bir neçə işçiyə təzyiq göstərərək onlardan təkrar etiraz etməmək üçün imza alıb.

 

Məlumata əsasən işçilərin bir çoxu 6 ay, bir sırası isə 15 aydır ki maaş almayıblar. Fabrika onların maaşını ödəmədən öz işini dayandırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar