“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
GünAzTv: Hazırda cinayət içi üzrə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə məhkəmə prosesi keçirilir.
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş terror aktından bir il ötür. Ötən il aprelin 30-da ADNA-nın Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib.
Baş vermiş hadisə ilə bağlı dərhal Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində F. Qədirovla əlaqəli şəxslərin bir çoxu cinayət məsuliyyətinə cəlb olunub.
İş üzrə təqsirləndirilənlər Amirov Cavidan Fərman oğluna Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sursatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələri ilə, Əliyev Nadir Şirxan oğluna və Süleymanov Nəcəf Novruz oğluna Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü maddələri ilə, Qabulov Ariz Zahid oğluna Cinayət Məcəlləsinin 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham elan olunub.
Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.
Hazırda cinayət içi üzrə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə məhkəmə prosesi keçirilir.
Baş verən kütləvi qətlin sifarişçisinin erməni əsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyanın olduğu müəyyənləşib. Cinayət işinin materiallarına görə, Neft Akademiyasında terror aktının törədilməsini sifariş verən Qumaşyan Mardun Qriqoryeviç 6 mart 1951-ci ildə Gürcüstanın Marneuli rayonunun Şulaver kəndində anadan olub.
İttiham aktında da qeyd olunub ki, Gürcüstan vətəndaşı olan və Marneuli rayonunun Şulaver kəndində yaşayan Qumaşyan Mardun Qriqoryeviç həmin rayonun Daştəpə kənd sakini Qədirov Fərda Əsəd oğlu, sonuncunun qohumu Şulaver kənd sakini Amirov Cavidan Fərman oğlu, Daştəpə kənd sakinləri Süleymanov Nəcəf Novruz oğlu, Əliyev Nadir Şirxan oğlu və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə 2009-cu ilin yanvar-mart aylarında cinayət əlaqəsinə girərək, azərbaycanlılara qarşı saxladığı milli ədavət zəminində Bakı şəhərində terror aktının törədilməsi barədə onlarla sövdələşib. Terrorçuluğu maliyyələşdirərək bu cinayətin təşkili və həyata keçirilməsi üçün onlara ümumilikdə 50 min ABŞ dolları məbləğində pul verəcəyini vəd edib, əvvəlcədən Fərda Qədirova 5 min ABŞ dolları məbləğində pul verərək, qalan məbləği cinayət törədildikdən sonra verəcəyi, eləcədə Fərda Qədirov tərəfindən hələ 8 noyabr 2008-ci il tarixdə Gürcüstanın Tbilisi şəhərində odlu silah satışı mağazasından aldığı “Makarov” tipli tapança və 200 ədəddən artıq patronların qanunsuz olaraq Azərbaycana keçirilməsi barədə razılığa gəlib.
Cinayəti törətmək məqsədilə atəş vərdişləri əldə etmək üçün Fərda Qədirov cinayət əlaqəsində olduğu Cavidan Amirov, Nadir Əliyev və Nəcəf Süleymanovla Daştəpə kəndində olan evinin alt mərtəbəsində həmin tapançadan müxtəlif nişangahlara atəş açaraq məşq edib. Bundan sonra planlaşdırdıqları cinayəti həyata keçirmək üçün Cavidan Amirov 2009-cu ilin 12 mart, Fərda Qədirov 13 mart, Nadir Əliyev 15 mart, Nəcəf Süleymanov isə 17 mart tarixlərində Bakı şəhərinə gəliblər.
Fərda Qədirov 13 mart 2009-cu il tarixdə Azərbaycana gələrkən tapançanı və külli miqdarda patronları qaçaqmalçılıq, yəni Azərbaycan gömrük sərhədindən, gömrük nəzarətindən gizli keçirmək məqsədilə Marneuli-Bakı marşrutu ilə işləyən “Mercedes-0303” markalı GEO SOU 900 Gürcüstan dövlət nömrə nişanlı avtobusun qeyri-rəsmi sürücü köməkçisi olan Qabulov Ariz Zahid oğlu ilə qabaqcadan əlbir olub, avtobusun yük hissəsində Azərbaycana keçirməyə nail olub. Həmin silahı və döyüş sursatlarını Bakı şəhərində Cavidan Amirovla birlikdə qanunsuz gəzdirib, daşımış və Ariz Qabulovun vasitəsilə kirayəyə götürdüyü Bakı şəhəri, B. Çobanzadə küçəsi 65, mənzil 35-də, eləcə də Cavidan Amirovun müvəqqəti yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, mənzil 1-də qanunsuz olaraq saxlayıb.
Planlaşdırılmış həmin cinayəti Cavidan Amirovun təklifi ilə Bakı şəhərinin mərkəzində, xüsusi mühafizəsi olmayan, eyni zamanda çoxlu sayda tələbələrin təhsil aldığı və əhali arasında vahimə yaradılması üçün əlverişli yer olan ADNA-nın D. Əliyeva küçəsində yerləşən 2-ci tədris binasında törədəcəkləri barədə Fərda Qədirov, Nəcəf Süleymanov və Nadir Əliyev razılaşıb. 2009-cu ilin aprel ayında Fərda Qədirov Cavidan Amirov və Nadir Əliyevlə birlikdə həmin binaya gəlib və orada giriş-çıxış, cinayəti törətdikdən sonra qaçmaq yollarını, binanın 2-ci mərtəbəsindəki dəhlizin pəncərəsindən həyətə düşüb-qaçmağın mümkünlüyünü müəyyən edib və törədəcəkləri cinayətdə rollarını bölüşdürüblər.
Müəyyən edilib ki, artıq 2008-ci ilin noyabr ayında Fərda Qədirov cinayət yolunu seçərək, insanlara qarşı gizli şəkildə qətl hadisələri törədəcəyini planlaşdırıb. Lakin, Fərda Qədirovun Bakı şəhərində fəhlə işləyən bibisi oğlu Cavidan Amirov 28 dekabr 2008-ci il tarixdə, Ukraynada fəhlə işləmiş həmkəndlisi Əliyev Nadir Şirxan oğlu isə 2 yanvar 2009-cu il tarixdə Marneuli rayonuna gəlib və bundan sonra Fərda Qədirovun gələcək planlarında müəyyən dəyişikliklər baş verib. Cavidan Amirov Fərda Qədirovu Şulaver kənd sakini Qumaşyan Mardun Qriqoryeviçlə tanış edib. Bu tanışlıqdan sonra Fərda Qədirov və Mardun Qumaşyan tez-tez sonuncunun qonşu Şulaver kəndindəki evində, eləcə də Fərda Qədirovun yaşadığı evdə görüşüb.
Hazırda Azərbaycan hüquq-mühafizə orqanları terrorun sifarişçisi - erməni əsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyanın istintaqa cəlb olunması istiqamətində əməliyyat tədbirlərini davam etdirir. Onun barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub.
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu