SON XƏBƏRLƏR

“Arman” Öyrənci İcması yenidən fəaliyyətini bərpa etməyə çalışır

2021.10.20, 07:36
“Arman” Öyrənci İcması yenidən fəaliyyətini bərpa etməyə çalışır

Gunaz.tv

GünAzTv: Həftənin birinci günündə qapadılmış “Arman” Öyrənci İcmacı yenidən fəaliyyətini bərpa etməyə cəhd göstərir.

 

Bu zəmində İcmanın mərkəzi şurasının üzvləri qanuna üz tutublar. Onlar fəaliyyətlərini bərpa etmək üçün universitetin məsulları ilə müzakirələr aparıblar. Mərkəzi şuranın üzvləri bu məsələni Tehranın mərkəzi təşkilatının vasitəsilə də təqib edəcəklər.

 

Nəzərə alsaq ki, Tehranın mərkəzi təşkilatı “Arman” Öyrənci İcmasının qapadılmasına dair hökmdən xəbərsiz olduğunu  bildirib, onda Tehrandan müsbət bir qərar gözləmək mümkündür.

 

Xatırladaq ki, adını çəkdiyimiz icma bu həftənin birinci günü Təbriz Azad Universitetinin məsullarının hökmü və ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşlarının müdaxiləsi ilə rəsmən qapadılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar