“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
GünAzTv: Millət vəkili, Müsavat deputat qrupunun üzvü, Azərbaycanın İrandakı keçmiş səfiri, doktor Nəsib Nəsiblinin Lent.az-a müsahibəsi...
- Türkiyədə gedən indiki siyasi prosesləri necə dəyərləndirirsiniz? Bu fonda Azərbaycan-Türkiyə münasibətləri necə görünür? - Məncə, tək Türkiyədə deyil, bütün Yaxın və Orta Şərqdə çox maraqlı hadisələr baş verir. Bu hadisələr yaxın gələcəkdə baş verəcək dərin proseslərin müjdəçisi kimi də dəyərləndirilə bilər. Məsələyə müxtəlif bucaqlardan yanaşmaq olar. Bir yanaşma belədir ki, XX əsrin 20-30-cu illərində baş vermiş millət-dövlət quruculuğu prosesi yarımçıq qaldığından indi o, yeni enerji ilə ortaya çıxır. Bu enerji bölgənin siyasi xəritəsini dəyişdirməyə qədər dərinliyə vara, Türkiyə isə bu dəyişikliyin tam ortasında qərar tuta bilər. Qardaş ölkədə gedən proseslərə diqqət Azərbaycanda heç olmadığı qədər artıb. Amma bu artan maraq gedişində (bunun özü təbii və müsbət haldır) arzuolunmaz meyllər də özünü göstərir. Türkiyəni sevən, milli şüur səviyyəsi yüksək olan dostlarımızın yazılarında belə Türkiyədə gedən proseslərə bəzən yanlış yanaşma özünü göstərir və azından təəccüb doğurur. Türkiyədəki partiyalararası mübarizənin fərqinə varmadan bəzi dostlarımız Türkiyə üzrə mütəxəssis qiyafəsinə girib, hadisələrə şərh verməyə çalışır. Çox zaman da bu şərhlər gerçəkliyi əks etdirmir. Bizim Türkiyədəki partiyalara simpatiyamız, yaxud antipatiyamızdan asılı olmayaraq, Türkiyədə ayaqda bir türk milləti var. O, siyasi iradəsini azad və ədalətli seçkilərdə ifadə edir. Türkiyədəki türk milləti onu təhdid edən təhlükələrin qarşısını özü alacaq. Məhz bu iradəyə hörmət edərək, Türkiyədəki prosesləri hansısa partiyanın görmə bucağından deyil, tam olaraq Azərbaycan oxucusuna çatdırmaq, onu şərh etmək gərəkdir.Keçən il Azərbaycan-Türkiyə münasibətlərində soyuqluq, hətta bu münasibətlərdə çat yarandı da deyə bilərik. Ölkəmizin informasiya vasitələrində məlum protokollar məsələsi ilə bağlı mənfi yazılar çap olundu, verilişlər yayımlandı. O zaman da deyirdim, indi də təkrar etmək istəyirəm: Türkiyə toplumunun Azərbaycana bağlılığı o qədər güclüdür ki, rəsmi Ankara bunu nəzərə almaya bilməz. - Ötən ilin yayında keçirilmiş prezident seçkisindən sonrakı İran və onun perspektivi necə görünür? - Bir az öncə Yaxın və Orta Şərq haqqında dediklərim İrana da aiddir. Bəlkə də daha çox ona aiddir. İrandakı mövcud rejimin nüvə ambisiyası, ola bilsin, onu dediyimiz köklü dəyişikliyin episentrinə çıxarsın. Yenə də dediyim aspektdən proseslərə yanaşsaq, nə görünür? Bizim üçün məlum səbəblərdən daha yaxın olan Güney Azərbaycanda gedən hadisələrə baxaq. Babək hərəkatının qarşısı alındıqdan sonra milli şüura sahib gənclik stadionlara tökülüb, mənsub olduğu millətin siyasi iradəsini görün necə ifadə edir? (Söhbət Təbrizin “Traktorsaazi” futbol klubunun Azərbaycan türkləri tərəfindən alıqışlanmasından gedir- S.S. ) Şüarlara diqqət edin: “Təbriz, Bakı, Ankara! Biz hara, fars hara?”, “Türk dilində mədrəsə, olsun gərək hər kəsə!”, “Haray, haray, mən türkəm!”. On minlərlə gəncin bozqurd simvolunu göstərməsi, güneydəkilərin fars kültür orbitindən və dövlətçiliyindən qopmasının göstəricisidir. Yeri gəlmişkən, bunun canlı görüntülərini oxucular www.youtube.com- dan görə bilərlər.- İran Asiya birliyi istiqamətində çaba göstərir. Sizcə, bu, mümkündümü? - Fars dövlətçilik ənənəsində “dünyanın mərkəzi – İran” konsepsiyası yayğındır. Həqiqətən bölgə dövləti statusuna sahib olan İranın bu ərazidə fəal rol oynamaq istəkləri də təbii qarşılanmalıdır. Hətta onu da əlavə edək ki, İran ABŞ-ın “Böyük Yaxın Şərq layihəsi”ndə sonuncu böyük maneədir və ABŞ-ın hədəfinə gəlməsini də çoxları məhz bununla izah edir. Hədəfə çevrildiyi üçün İran rejimi çıxış yolları axtarır, müttəfiqlər dairəsini genişləndirməyə çalışır. Amma bu dövlət üçün əsas həyati problem nüvə enerjisi ilə bağlı böhranı həll etməkdir. - Qarşıdan gələn parlament seçkilərində müxalifətin birliyini necə görürsünüz? - Mən həmişə müxalifət deyilən kəsimin bir yerdə olmasının tərəfdarı olmuşam, indi də tərəfdarıyam. - Müsavatçılıq ideologiyasını ölkədə yayan ilk adamlardansınız. Eləcə də Müsavat Partiyasının fəaliyyətinin bərpasında danılmaz rolunuz olub və bu partiyanın bir vaxtlar birinci şəxsi olmusunuz. Qarşıdan gələn qurultayda sədrliyə namizədliyinizi irəli sürəcəksinizmi? - Bu suala cavab vermək hələ tezdir. Sədrəddin Soltan
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu