SON XƏBƏRLƏR

Klinton Əhmədinejadı uyardı

2021.10.20, 07:36
Klinton Əhmədinejadı uyardı

Gunaz.tv

GünAzTv: Vaşinqton İran prezidenti Mahmud Əhmədinejadı xəbərdar edib. Dövlət katibi Hillari Klinton gələn həftə Nyu-Yorkda keçiriləcək BMT-nin nüvə konfransında Əhmədininejadın istənilən mənfi addımının müsbət qarşılanmayacağını bəyan edib. O, konfransın işinə mane olmaq cəhdələrnə yol verilməyəcəyini deyib.

 Klinton Əhmədininejadın nəyə görə konfransda iştirak etmək istədiyini bilmədiklərini, lakin İranın nüvə məsələsində gərginlik yaratdığının müzakirəsiz olduğunu söyləyib.

Amerikanın dövlət katibi 5 ildən bir keçirilən konfransın məqsədinin nüvə silahlarının yayılmaması rejiminin möhkəmləndirilməsindən ibarət olduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar