SON XƏBƏRLƏR

Azərbaycanlı ruhani, ayətullah Musəvi Ərdəbili islam inqilabının verdiyi vədlərə əməl etmədiyini bildirib

2021.10.20, 07:36
Azərbaycanlı ruhani, ayətullah Musəvi Ərdəbili islam inqilabının verdiyi vədlərə əməl etmədiyini bildirib

Gunaz.tv

GünAzTv: İslahat tərəfdarı kimi tanınan azərbaycanlı ruhani, ayətullah Musəvi Ərdəbili dünya zəhmətkeşlərinin həmrəylik günü kimi qeyd olunan 1 may ərəfəsində Fəhlələr Evinin üzvləri ilə görüşüb. O, islam inqilabının fəhlələrin rifah və firavanlıq içində yaşayacağı ilə bağlı vədlərinə əməl etmədiyini deyib.

GünAzTv mətbuat mərkəzinin “media forum”-a istinadən yaydığı məlumata görə,  ayətullah Ərdəbili inqilabın zəhmətkeşlərə verdiyi vədlərin unudulduğunu vurğulayıb: “İslam inqilabının əsas hədəflərindən biri zəhmətkeşlərin, o cümlədən fəhlələrin rifah içində yaşaması ilə bağlı ideya və vədlər idi. İnqilabının qələbəsindən 31 il keçir. Soruşmaq lazımdır ki, bəs o ideyalar və vədlər necə oldu?

Ölkənin problemləri həddən artıq çoxdur. Bu problemlərin həlli üçün bir iş görülmür, yaxud da görə bilmirlər. Məsələ isə budur ki, ölkədə problemlərin həlli heç bir ixtisası olmayan səriştəsiz adamlara tapşırılır. Təəssüflər olsun ki, mənim kimi adamların da əlindən dua etməkdən başqa bir iş gəlmir. Çünki vəziyyətin yaxşılaşdırılması, problemin aradan qaldırılması üçün fikir və təklif irəli sürsək də, ona əhəmiyyət verilmir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar