“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
GünAzTv: Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov son günlər Ankaraya rəsmi səfər edib və bu ölkənin ən yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşüb. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, onun ölkəsinin Qars müqaviləsinə sədaqətinə şübhə ola bilməz. Qars müqaviləsi barədə sualın cavabında Davudoğlu deyib ki, müqavilənin hüquqi qüvvəsilə bağlı heç bir şübhə yoxdur: "Türkiyə Naxçıvanın statusunun təminatçısıdır- bu məlumdur. Bu, beynəlxalq hüququn tələbi və Türkiyənin vəzifəsidir. Naxçıvanın təhlükəsizliyi və rifahı bizim təhlükəsizliyimiz və rifahımızdır". Türkiyə Silahlı Qüvvəllərinin baş qərargah rəisi İlkər Başbuğla görüş barədə isə heç bir açıqlama verilmir. Ancaq Türkiyə XİN-in səfərlə bağlı yaydığı rəsmi məlumatda muxtar respublikanın Ermənistandan qaynaqlanan təhdidlərlə üz-üzə qaldığı xüsusi qeyd olunur: "Bu təhdidlərin aradan qaldırılmasında Azərbaycan və Naxçıvanla hərbi əməkdaşlığımız münasibətlərimizin bir ünsürüdür". Rəsmi açıqlamadan belə qənatə gəlmək mümkünüdür ki, Naxçıvan Muxtar Respublikasına qarşı Ermənistandan hansısa irimiqyaslı hərbi təcavüz xarakterli təxribatın gözlənilməsi barədə Azərbaycandan məlumat olub. Bu məlumat Türkiyəyə çatıdırılıb və lazım gələrsə, Qars müqaviləsinin şərtlərinə müvafiq olaraq, Naxçıvanın müdafiəsinin təşkili məsələsi müzakirə edilib. Öz növbəsində Türkiyə də Azərbaycan tərəfinə müsbət cavab verməklə yanaşı, Ermənistana Naxçıvanın təhlükəsizliyinin təminatçısı olduğunu ən yüksək səviyyədə xatırladıb və Qars müqaviləsinin qüvvədən düşmədiyini diqqətə çatdırıb. Bir daha vurğulayırıq ki, qeyd edilənlər Türkiyə XİN-in yaydığı məlumata istinadən hasil olunan ehtimal xarakterli qənaətdir. Amma Vasif Talıbovun səfəri zamanı Qars müqaviləsinin bəndlərinin uzun müddətdən sonra yenidən müzakirə predmeti olması, Naxçıvanın təhlükə ilə üzləşməsinə dair rəsmi səviyyədə bəyanat verilməsi, hərbi dairələrlə aparılan danışıqlar təsadüf deyil və bunun pərdəarxası məqamları çox keçmədən üzə çıxacaq. Türkiyə Naxçıvan MR-in təhlükəsizliyinin təminatı istiqamətində yaxın vaxtlarda müəyyən addımlar da ata bilər. "Şərq-Qərb" Siyasi və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun verdiyi məlumata görə, Ermənistan-Türkiyə müharibəsi 1920-ci ildə Ermənistanın məğlubiyyətilə nəticələndi. Nəticədə əvvəlcə Alekasandropol, sonra isə Qars müqaviləsində Ermənistan özünün Türkiyəyə qarşı iddialarından geri çəkildi. Amma Qars müqaviləsini imzalayan tərəflərin hər birinin sonradan bu sənədə öz yanaşması oldu. Rusiya bildirdi ki, guya əlavə protokollar imzalanıb və müqavilənin müddəti 25 ildən sonra bitməlidir. 1945-ci ildə Molotov Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış etmişdi. Ermənistan da çalışır ki, Qars müqaviləsinin şərtlərini ümumiyyətlə, tanımasın: "Hər halda Türkiyənin son vaxtlar Qars müqaviləsini Ermənistana xatırlatması göstərir ki, çox müddətsiz imzalanıb və tərəflər arasında ərazi məsələsi bitmiş məsələ kimi həll olunub. Ermənistan bu müqavilənin şərtlərini pozmaq üçün bir qədər uzaqdan başladı. Əvvəlcə, Avropa Şurası Parlament Assambleyasında Naxçıvanda erməni abidələrilə bağlı qətnamənin qəbuluna nail oldu. Bu o demək idi ki, Ermənistan Naxçıvana olan iddialarını reallaşdırmağa başlayıb və ən azı orada erməni abidələrinin olduğunu nümayiş etdirir. Ona görə də Türkiyə məcbur oldu həmin dövrdən başlayaraq Qars müqaviləsinin şərtlərini xatırlatmağa. Qars müqaviləsinin 5-ci bəndi Naxçıvanla bağlı Türkiyəyə geniş səlahiyyətlər verir, o cümlədən Naxçıvanın statusunun hərbi yolla müdafiə olunmasını özündə ehtiva edir. Türkiyə də bunu xatırladır ki, Naxçıvana qarşı təhdidlər var". Politoloq hesab edir ki, regionda ciddi müharibə təhlükəsi mövcuddur. Bu təhlükə Ermənistanın Naxçıvana qarşı təcavüzünü də özündə ehtiva edir. Ərəstun Oruclunun sözlərinə görə, anklav vəziyyətində olan Naxçıvana Ermənistan hücum edə bilər. Türkiyə də bu təhlükəni görür və Qars müqaviləsinin şərtlərini Ermənistanın yadına salır. Yəni Ermənistan Naxçıvana qarşı iddialarını gerçəkləşdirmək fikrinə düşsə, Türkiyənin hərbi gücü ilə üz-üzə qalmalı olacaq. Təbii ki, indi blokada və iqtisadi böhran vəziyyətində olan Ermənistanın təkbaşına Azərbaycana ikinci cəbhə açması o qədər asan deyil. Ermənistan yalnız Rusiyanın dəstəyi ilə belə bir hərəkət edə bilər. Azərbaycanın Ermənistanla hərbi qarşıdurmaya getməsi isə Rusiyaya regiona əsgəri müdaxilə üçün imkan yaradar. Ərəstun Oruclunun qənaətincə, beynəlxalq hüquqa istinad edilməli olsa, Qars müqaviləsinin şərtlərinə uyğun olaraq, Rusiya Ermənistanı deyil, Naxçıvanı müdafiə etməlidir. Çünki Qars müqaviləsi Türkiyə ilə Rusiya arasında deyil, Zaqafqaziya-RSFSR arasında imzalanıb. Ancaq bu gün Rusiya heç bir beynəlxalq hüquq normalarına məhəl qoymur. Türkiyə də bu təhlükəni görür və Naxçıvana qarşı hər hansı bir hərbi təcavüz cəhdi olacağı təqdirdə adekvat addım atacağını nümayiş etdirir". xalqcebhesi
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu