SON XƏBƏRLƏR

Urmu şəhərində 3 terrorist öldürülüb

2021.10.20, 07:36
Urmu şəhərində 3 terrorist öldürülüb

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanın Urmu şəhərində 3 “Pejak” Terror qruplaşmasının üzvü öldürülüb.

 

GünAzTv mətbuat mərkəzinin İran Kütləvi İnformasiya Vasitələrinə istinadən yaydığı məlumata görə, İran Təhlükəsizlik Qüvvələri ilə “Pejak” terroristləri arasında yaranan toqquşmada 3 terrorist öldürülüb.

 

İranın dövlət televiziyası bildirib ki, toqquşmada 3 terrorist öldürülüb. Həmçinin bu qrupa aid çoxlu silah-sursat əldə edilib.

 

Xatırladaq ki, “Pejak” terrorist örgüt PKK-nin bir terrorçu qoludur. Bu qrup illərdir ki Güney Azərbaycanın qərb bölgəsində qanlı terror əməliyyatlarına əl atır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar