SON XƏBƏRLƏR

İranda Günəşdə qaralan qadınlar həbs olunacaq

2021.10.20, 07:36
İranda Günəşdə qaralan qadınlar həbs olunacaq

Gunaz.tv

GünAzTv: İranda maniken kimi gəzən və Günəşdə qaralan qadınlar həbs ediləcək. bunu Tehranın polis rəisi Hüseyin Sacedinia bildirib. Bu barədə CanAzTv Türkiyə mətbuatınına istinadən xəbər yayıb.

Onun sözlərinə görə, bəzi qadınlar İslam qaydalarını pozur. “Xalq bizdən tərbiyəsiz davranışlar nümayiş etdirən, islami dəyərlərə qarşı çıxan qadın və kişiləri görəndə onlara münasibətdə sərt davranmağımızı gözləyir. Tehranın şimalında bəzi bölgələrdə Günəşdə qaralmış və maniken kimi gəzən gənc qızlar görürük. Biz buna biganə qala bilmərik". H.Sacedinia ilk dəfə bu qızlara xəbərdarlıq ediləcəyini bildirib. Əgər belə hal təkrarlansa onda onlar həbs ediləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar