SON XƏBƏRLƏR

Mahmud Əhmədinejad Amerikadan viza istəyib

2021.10.20, 07:36
Mahmud Əhmədinejad Amerikadan viza istəyib

Gunaz.tv

GünAzTv: Amerika Birləşmiş Ştatları təsdiq edib ki, İran Prezidenti Mahmud Əhmədinejad bazar ertəsi başlayacaq BMT nüvə tərksilahı sammitində iştirak etmək üçün Amerika vizasına ərizə verib.

GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, İranın BMT-dəki missiyası deyib ki, cənab Əhmədinejad nüvə tərksilahı müqavilsəinə yenidən baxmağı nəzərdə tutan konfransda İranın nümayəndə heyətinə başçılıq edəcək.

Vizanın veriləcəyi gözlənilir. İran liderinin səfəri ABŞ-ın İranın nüvə proqramını dayandırmaq üçün BMT sanksiyalarını artırmaq səylərinin gücləndiyi bir vaxta təsadüf edir.

BBC-nin Dövlət Departamenti müxbiri Kim Qattasın Vaşintondan göndərdiyi xəbərdə deyilir ki, BMT-nin ev sahibi kimi Amerikanın BMT-də keçirilən tədbirlərdə iştirak etmək istəyən dünya liderlərinə viza vermək öhdəliyi var.

Dövlət Departamentinin sözçüsü Kroli bildirib ki, əgər Mahmud Əhmədinejad nüvə sammitində öz ölkəsinin nümayəndə heyətinə rəhbərlik etmək istəyirsə, Amerika onun qarşısını almayacaq.

Digər bir yüksək rütbəli rəsmi deyir ki, viza xahişini rədd etmək Vaşinqtonun marağında deyil, çünki bu halda İran prezidenti ABŞ-ı ədalətsiz olmaqda suçlayacaq. Amma viza almaq üçün müraciət etməyin öz təəccüb doğurub.

Çünki bir çox ölkələr öz səfirləini, yaxud nazirlərini bu tədbirə göndərir. Cənab Əhmədinejad üçün bu, nadir ələ düşən Amerikaya gəlmək fürsətidir və iki ölkənin heç bir diplomatik əlaqəsi yoxdur.

İran lideri çox güman ki, bir daha ölkəsinin nüvə silahı hazırlamadığını bəyan edəcək və o, Vaşintoqnun istədiyi BMT sanksiyalarının əleyhinə təbliğat aparacaq. Vaşinqton üçün isə bu səfər İrana qarşı sanksiyalar əldə etmək üçün aylardan bəri göstərdiyi səylərin BMT qətmasi ilə nəticələnmədiyinin altını bir daha cızmış olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar