SON XƏBƏRLƏR

Güney Azərbaycanda Ustad Əli Təbrizlinin “Dil və Ədəbiyyat” kitabı işıq üzü görüb

2021.10.20, 07:36
Güney Azərbaycanda Ustad Əli Təbrizlinin “Dil və Ədəbiyyat” kitabı işıq üzü görüb

Gunaz.tv

GünAzTv: Güney Azərbaycan və bütün İran adlanan coğrafyada ilk olaraq türkçülüyün təməllərin quran Ustad Əli Təbrizlinin Dil və ədəbiyyat kitabı yayınlanıb.

İllər öncə Şah rejimi dönəmində yazılan “Dil və Ədəbiyyat” kitabı Günəş Dərgisi əməkdaşlarının çalışmaları sonucundan işıq üzü görüb.

200 səhifədən oluşan kitabın, cildi “Atabay Tikantəpəli”, iç səhifələrin düzənləməsi “Araz Cığatı” və edit işləiri isə “Səid Muğanlı” tərəfindən başa çatmışdır.

Qeyd edək ki Ustad Əli Təbrizli 1330-cu günəş illərindən bu yana öz milli kimlik və varlığını tanımış və onu qoruyub müdafiə etməyə çalışmışdır. Güney Azərbaycan türkçülüyü yolunda atdığı addımlara görə Şah rejimi tərəfindən dəfələrlə sıxıntıya salınıb və sorğu-soala çəkilən Təbrizli Əli, bu qaranlıq illərdə bu şah əsəri yayınlamağı bacarmışdır. Sonralar İran İslam Cumhuriyyəti dönəmində də bu sıxıntılar sürmüşdür. “Dil və Ədəbiyyat” kitabı Güney Azərbaycan türkçülüyü və milli hərəkətin ilkin manifesti sayıla bilər. Canaz tv

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar