SON XƏBƏRLƏR

Qondarma “erməni soyqırımı” layihəsi İsrail parlamentinin gündəmində

2021.10.20, 07:36
Qondarma “erməni soyqırımı” layihəsi İsrail parlamentinin gündəmində

Gunaz.tv

GünAzTv: İsrail parlamenti - Knessetin aprelin 28-də keçirilən iclasında uydurma “erməni soyqırımı” məsələsinin gündəliyə salınması barədə qərar qəbul edilib. Bu barədə APA “İzRUS” portalına istinadən xəbər yayıb.

 

qərarın lehinə 12, əleyhinə 8 millət vəkili səs verib. Lehinə səs verənlər MERETS və “Avoda” partiyalarının üzvləri, keçmiş jurnalist Uri Orbax (“Yəhudi evi”) və ərəb millət vəkilləri olub. Əsas opponent qismində isə İsrail - Bizim Evimiz Partiyasının təmsilçiləri çıxış edib.

1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınması barədə təklifin təşəbbüskarı, MERETS Partiyasından Xaim Oron bildirib ki, bu məsələnin ilkin müzakirə üçün hansı parlament komissiyasına göndəriləcəyini Knessetin təşkilati məsələlər üzrə komissiyası müəyyənləşdirəcək. X.Oronu dəstəkləyən Likud Partiyasının üzvü Zeyev Elkin və İsrail-Azərbaycan parlamentlərarası qrupun rəhbəri, saxta “soyqırım”ın müzakirəsinin qatı əleyhidarı olan Robert İlatov da var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar