SON XƏBƏRLƏR

Qapadılmış “Arman” öyrənci icmasının üzvlərinə təzyiq edilir

2021.10.20, 07:36
Qapadılmış “Arman” öyrənci icmasının üzvlərinə təzyiq edilir

Gunaz.tv

GünAzTv: Birinci gün ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) və universitet məsulları tərəfindən qapadılan Təbriz Azad Universitetinin “Arman” öyrənci icmasının bütün üzvləri və məsullarına təzyiq edilir.

 

Qapadılmış Öyrənci icmasının mərkəzi şurasinin üzvləri təhsildən məhrum edilmə və  ailələrinin təqibi ilə təhdid olunurlar. Onların mobil telefonlarına zəng edib və müxtəlif formada psixoloji təzyiq göstərirlər.

 

“Arman” öyrənci icmasının məsulu cənab Növruzi Təbrizin İnqilab Məhkəməsinə çağrılıb.o sistemin əleyhinə təbliğ və  “Arman” adı ilə “qadınların Azərbaycanın ictimaii hərəkatlarında rolu” barədə dərgi nəşr etməkdə ittiham olunub.

 

Qeyd edək ki, əldə etdiyimiz məlumata görə, icmanın mərkəzi şura üzvləri və icmanın məsulu sözü gedən dərginin nəşrindən xəbərlərinin olmadığını deyirlər. onların sözlərinə görə dərgini nəşr edən şəxslər elə ETTELAATın öz əlaltılarıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar