SON XƏBƏRLƏR

Tərəfdarlar “Traxtur” klubunun bank hesabına pul yatırmağa başlayıblar

2021.10.20, 07:36
Tərəfdarlar “Traxtur” klubunun bank hesabına pul yatırmağa başlayıblar

Gunaz.tv

GünAzTv: Təbrizin “Traxtur” futbol klubunun rəsmisi cənab Əli Qəfuri bildirib ki, o zamandan ki “Traxtur” futbol komandamızı daha da təkmilləşdirmək və klubu inkişaf etdirmək üçün bu komandanın bank hesabına pul yatırmağın mümkün olduğunu elan etdik, o gündən bəri artıq 200 nəfər hesaba pul yatırıb.

 

Cənab Qəfuri vurqulayıb ki, bu günə qədər 6000 dollar (6 milyon tümən) xalqımız və komanda tərəfdarları tərəfindən “Traxtur” klubunun bank hesabına pul yatırılıb. O vurqulayıb ki, bu pulların 6-da biri tərəfdarlara verilən bank kartlarında qalacaq.

 

O bəyan edib ki, bu pulların az hissəsi klubun xərclərini təmin edəcək. əsas hissəsi isə tərəfdarlara xərclənəcək. məsələn tərəfdarlara mədəni məshullar və informasıya çatdırılacaq və digər xidmətlər olacaq.

 

O vurqulayıb ki, tərəfdarların haqqı var ki, öz pullarının harda xərclənməsini bilsinlər. bizdə bu vəsaitin məsrəf olduğu yerləri şəffafca hamıya göstərməliyik.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar