SON XƏBƏRLƏR

Təbriz zindanında saxlanılan mədəni fəal Hüseyn Nəsirinin hüquqi durumu qeyri-müəyyən olaraq qalır

2021.10.20, 07:36
Təbriz zindanında saxlanılan mədəni fəal Hüseyn Nəsirinin hüquqi durumu qeyri-müəyyən olaraq qalır

Gunaz.tv

GünAzTv: Təxminən bir aya yaxın Təbrizin mərkəzi zindanında saxlanılan Mədəni fəal cənab Hüseyn Nəsirinin hələdə hüquqi durumu qeyri-müəyyən olaraq qalır.

 

Hüseyn Nəsiri 2010-cu il aprel ayının 2-də (fərvərdinin 13-ü) Azərbaycanlıların Urmu Gölünün qurudulmasına dair etiraz Yığıncağında iştirak edərkən İran Təhlükəsizlik Qüvvələri tərəfindən tutuqlanıb.

 

Hüseyn Nəsirinin ailəsinə yaxın mənbələrdən aldığımız məlumata görə, ilk olaraq cənab Nəsirini 30000 dollarlıq (30 milyon tümən) mülki vəsiqə qarşılığında azadlığa buraxmaq istəyiblər. lakin sonra keçmişdəki milli-mədəni zəmində olan dosyasına görə, onun azadlığı bir qədərdə mürəkkəbləşib və hələlik buraxılması gözlənilmir.

 

Qeyd edək ki, “Urmu Gölü Kampaniyası Dəstək Yığıncaq”-ı  zamanı İran polisi və xüsusi dəstələr Yığıncaq iştirakçılarına hücum edib, onları döyüb və yüzdən artıq soydaşımızı yaxaladılar.

 

Xatırladaq ki, cənab Nəsiri 2007-ci il aprel ayının 26-da (1386-ci il ordibeheşt ayının 6-ı) 22 may milli qiyamın ildönümünə aid bildiriş yaydığı ittihamı ilə yaxalanıb, 81 gün saxlanıldıqdan sonra 30000 dollarlıq (30 milyon tümən) mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdı.

 

Həmçinin Cənab Nəsiri 2009-cu il dekabr ayının 29-da (1388-ci il dey ayının 8-i) tanınmış milli fəal mərhum Çingiz Bəxtavərin dəfn mərasimində İran təhlükəsizlik Qüvvələri tərəfindən döyülüb və yaralananlardan biri olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar