SON XƏBƏRLƏR

Hökümət tərəfindən qapadılmış “Arman” öyrənci icması bəyanat yayıb

2021.10.20, 07:36
Hökümət tərəfindən qapadılmış “Arman” öyrənci icması bəyanat yayıb

Gunaz.tv

GünAzTv: 2010-cu il aprel ayının 26-da (ordibeheştin 6-i) ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) və Təbriz universiteti tərəfindən qapadılmış, “Arman” öyrənci icmasının ümumi şurasının üzvləri bəyanat yayıb.

 

Bəyanatda bir neçə mühüm məqama toxunulub:

 

“Birinci gün bir öyrənci icmasını (“Arman” öyrənci icması) öz düşüncələrinə görə qapadıb və susdurdular. Hansı ki, öz fəaliyyətini ancaq Azərbaycanın bərpa olunmamış hüquqları üzərində aparırdı. O icma ki öz etibarını türk dili kursları keçirməkdə, Sattarxan və Şeyxməhəmməd Xiyabani və ... kimi şəxsiyyətlərin ağırlama törənini keçirməkdə hesab edirdi.

 

Bir millətin səsini qanun çərçivəsində  məsulların qulağına çatdıran bir İcmanı, Panturkist kimi ittihamlarla qapatmaq onlara heç nə verməyəcək. Məsullar bilməli idi ki, bu İcmanın fəaliyyət göstərməsi ilə nə İranın ərazi bütövlüyü təhlükə altına düşərdi, nədəki İranın sərhədlərinə hücum olardı.

 

Zahirən “Arman” öyrənci icması bir otaqdan ibarət idi. Ancaq məsulların bu əməli nəticəsində  “Arman”-ı, Təbriz Azad Universitetinin 30000 nəfər öyrəncisi arasında yaydılar. Yəqin bundan sonra hər öyrənci öz ailəsi üçün bir türk dili kursu açacaq. ona görə ki, 15-ci maddənin icrası üçün artıq heç bir qeydiyyat almağa  ehtiyac yoxdur.

 

Universitetin birinci günü çox görməli idi. O gün ki universitetdə hərbi və təhlükəsizlik qüvvələri öz hədəflərini axtarırdılar və o gün ki universitet məsulları qanunu unudaraq bir öyrənci icmasını susdururdular. O gün ki məsullardan biri İcma üzvlərindən ibarət qız və oğlanların şəkilini ləptabda göstərir və onları qeyri insanı əməllərlə təhdid edirdi. Artıq nə deyək?!!!

 

Azərbaycan yenədə keçmişdəki kimi parlayacaq. “Arman” bağlansa belə yenədə onun həqiqətləri deyiləcək. Ancaq özlərini Azərbaycan adlı həqiqətin qarşısına qoyan şəxslər bilməlidirlər ki, Azərbaycan tarixlə yaşıtdır. Bizim sizin qarşınızda durmaq üçün qəhrəmana ehtiyacımız yoxdur. Ona görə ki, Azərbaycan türk milləti özü qəhrəmandır və qəhrəmanda qalacaq.”

 

Bəyanatın sonunda sözü gedən icmanın bütün üzvləri və əməkdaşlarından təşəkkür olunur və bütün öyrəncilər “Arman” öyrənci icmasının bağlanması ilə bağlı saat 13-də universitetin ətrafında dinc yürüşə dəvət olunurlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar