SON XƏBƏRLƏR

İranın vasitəçilik təklifini müsbət qarşılayan Ermənistan, Türkiyənin Minsk qrupuna qatılması təklifinə qarşıdır

2021.10.20, 07:36
İranın vasitəçilik təklifini müsbət qarşılayan Ermənistan, Türkiyənin Minsk qrupuna qatılması təklifinə qarşıdır

Gunaz.tv

GünAzTv: İranın Dağlıq Qarabağ məsələsinin həllində yardımçı olmaq təklifini müsbət qarşılayan Nalbandiyan Türkiyənin ATƏT-in Mİnsk Qrupuna həmsədr olması təklifini qeyri mümkün sayıb.

Ermənistan İranın Dağlıq Qarabağ məsələsinin həllində yardımçı olmaq təklifini müsbət qarşılayıb. Belə bir bəyanatla Ermənistan XİN rəhbəri Edvard Nalbandyan Ermənistan İctimai televiziyasının "Real Politics" proqramında çıxış edib. “Deyə bilərəm ki, İran Dağlıq Qarabağ münaqişəsinin həllində yardımçı istəyini təklif edib, bu isə birmənalı olaraq təqdirəlayiqdir”,- deyə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bildirib. Onun sözlərinə görə, uzun illər ərzində İranın Qarabağ münaqişəsinə göstərdiyi ölçülüb-biçilmiş yanaşmasını mütləq dəyərləndirmək lazımdır.

Xatırladaq ki, İranın xarici işlər naziri Manuçehr Mottaki həm Ermənistan, həm də Azərbaycan prezidentinə İlham Əliyevlə Münhendə görüşərkən İranın Dağlıq Qarabağ məsələsinin həllində yardımçı olmaq istədiyini təklif etdiyini deyib.

Digər xəbərə əsasən Nalbandyan dövlət telviziyasına bildirib ki, Türkiyə heç vaxt ATƏT-in Mİnsk Qrupuna həmsədr olmayacaq.

Onun sözlərinə görə, Ermənistan prezidenti də bunun tamamilə istisna olunduğunu dəfələrlə vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar