“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
GünAzTv: Rövnəq Abdullayev, Taner Yıldız və Ərdoğanın üçtərəfli görüşünün məzmunu açılıb.
Türkiyə və Azərbaycan arasında təbii qazın qiyməti və tranziti ilə bağlı uzun müddətdən bəri davam edən ziddiyyət nəhayət ki, öz həllini tapdı. Artıq rəsmi Ankara bəyan edir ki, bütün əsas məsələlər üzərində razılıq əldə olunub. Bu barədə danışmazdan öncə qeyd edək ki, əslində Azərbaycan tərəfi də bu məsələnin həllinin uzanmasından narahatlıq ifadə edirdi. Elə bu səbəbdən aprelin 14-də prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı məsələnin tezliklə həllinin vacibliyini bəyan etdi: "Cənub dəhlizi"nin tərkibində olan bəzi layihələri icra etmək üçün əlbəttə ki, Azərbaycan ilə Türkiyə arasında qaz satışı və nəqli üzrə danışıqlar başa çatmalıdır. Danışıqlar uzun illərdir ki, gedir. Hesab edirəm ki, biz indiki mərhələdə danışıqları daha da sürətləndirməliyik. Elə etməliyik ki, dünyada, Avropada mövcud olan təcrübə tətbiq edilsin, istər qiymətlərin formalaşmasında, istərsə də nəqliyyat haqlarının razılaşdırılmasında. Bölgədəki tariflər bizim üçün bir nümunə ola bilər. Biz bu tarifləri bilirik. Qazın dünyada və bölgədə, Avropada, yaxın qonşuluqda bugünkü qiymətlərini bilirik. Qazın qiymətləri neftin qiymətinə bağlıdır və qazın qiyməti bu düstur əsasında hesablanır". Prezident onu da xüsusi olaraq vurğuladı ki, Azərbaycan tərəfi bu sahədə də konstruktivlik göstərir və müəyyən güzəştlər də edilə bilər: "Yəni, bu, qaz biznesində mümkün olan məsələlərdir. Ancaq bu güzəştlər gərək əsaslandırılmış olsun. Bu güzəştlər mövcud olan başqa qiymətlərdən çox da fərqlənməməlidir". Bütün bunlardan sonra indi məlum olub ki, Türkiyə və Azərbaycan təbii qazla bağlı razılığa gəliblər. Türkiyə Böyük Millət Məclisində jurnalistlərin suallarını cavablandıran Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib ki, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə birlikdə baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşərək, məsələnin çözümündə onun hakimlik etməsini istəyiblər. Rəcəb Tayyib Ərdoğan isə buna razılıq verib: "Belə demək mümkündürsə, baş nazirimiz ortaq məxrəc tapdı. Prinsip etibarilə, razılaşdıq". Razılaşmaya qiymətin də daxil olub-olmaması barədə suala Taner Yıldız belə cavab verib: "Bütün məsələlərdə razılaşmışıq. Detallara varmağımıza ehtiyac yoxdur. Baş nazirimiz "Azərbaycanlı qardaşlarımızla olan əlaqələrimizin strateji, siyasi və dövri əhəmiyyəti, bütün bu anlaşmaların üzərindədir. Sizin aranızdakı texniki problemləri həll etməyiniz üçün harada anlaşmadığınızı mənə söyləyin" dedi. Mən də ona danışdım. Hər iki tərəf də addım atdı. Həm azərbaycanlı qardaşlarımız, həm də biz addım atdıq. Həm bazarın sərbəstləşməsi üçün Azərbaycan tərəfinin verə biləcəyi töhfə, həm qiymətin məqbul səviyyədə qalıb dünya bazarından fərqlənməyən tərzdə olması, həm də qazın həcminin Türkiyəni təmin edəcək miqdara çatması və xüsusilə beynəlxalq arenada keçərli tranzit tariflərə hər iki tərəfin hörmətlə yanaşması kimi üç əsas məsələdə prinsipial razılıq əldə etdik". Taner Yıldız onu da deyib ki, Azərbaycan və Türkiyə arasında qaz müqaviləsinin bitdiyi 2008-ci ilin aprelindən bu yana alınan qazın qiymətinə kompensasiyanın da əlavə edilməsi əvvəlcən planlaşdırılmışdı. Azərbaycan tərəfi də bununla razılaşıb və hər iki tərəf bir-birinə güzəşt edib. Türkiyəli nazir razılaşmanın detalları ilə bağlı suala belə cavab verib: "Bir qədər də keçsin. Bir neçə məsələ hələ mövcuddur. Amma önəmli olan gəlinən nöqtədə prinsipial razılaşmanın əldə edilməsidir. Biz azərbaycanlı qardaşlarımızla bir nöqtədə razılığa gəlməmişdik. Hörmətli baş nazirimizin hakimliyinə ehtiyac hiss etdik, o da nöqtəni qoydu". Türkiyənin "Radikal" qəzetinin yazdığına görə, Yıldız "Nabukko" layihəsinə qaz verilib-verilməməsilə bağlı məsələyə də aydınlıq gətirib: "Nabukko" ilə bağlı Türkiyə bildirir ki, Azərbaycan tərəfi bu qazı Türkiyədən keçirərək "Nabukko"ya verə bilər. Digər layihələr üçün eyni şeyi edə bilərlər. Biz əvvəldən üzərimizə düşəni etdik. Bundan sonra "Nabukko"ya qazın gedib-getməməsi Azərbaycanın və Türkiyənin də içində yer aldığı konsorsiuma bağlıdır. "Nabukko"nun təbii qaz tədarükü üçün qaynaq ölkəni tapması, qaz tədarükü ilə bağlı çalışmalarda isə Türkiyənin ayrıca məsuliyyəti yoxdur. Konsorsiumun şəriklərilə birlikdə 6 ortaq bərabər şəkildə bu qazı axtarmaqdadır". Türkiyənin "Referans" qəzetinin yazdığına görə isə, "Nabukko"ilə bağlı İstanbulda mayın 5-7-də keçiriləcək Avrasiya İqtisadi Zirvəsində mühüm qərarlar verilə və layihəyə hansı ölkədən təbii qaz tədarük edilməsinə aydınlıq gətirilə bilər. Zirvə görüşündə Azərbaycanı sənaye və energetika naziri Natiq Əliyevin təmsil edəcəyi gözlənir. Hesablamalara görə, "Nabukko" qaz kəməri layihəsinin rentabelliyini təmin etmək üçün ildə 31 milyard kubmetr qaz lazımdır. Azərbaycan tərəfi bu istiqamətdə 12 milyard kubmetr qaz nəql etməyə hazırdır. Qalan hissəni də təmin etmək üçün hazırda digər tərəfdaşlarla danışıqlar aparılır. Bakı-xəbər
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu