SON XƏBƏRLƏR

Mübahisəli prezident seçkilərinin ildönümü münasibəti ilə İran müxalifəti yenidən etirazlara hazırlaşır

2021.10.20, 07:36
Mübahisəli prezident seçkilərinin ildönümü münasibəti ilə İran müxalifəti yenidən etirazlara hazırlaşır

Gunaz.tv

GünAzTv: keçmiş baş nazir Mir Hüseyn Musəvi və islahatçı lideri Mehdi Kərrubi insanların kütləvi aksiyalara çağırırlar.  

GünAzTv mətbuat mərkəzinin VOA-ya istinadən yaydığı məlumata görə, İranın iki aparıcı müxalifət lideri iyun ayının 12-də prezident Mahmud Əhmədinejadın ikinci dönəm prezident seçilməsilə nəticələnmiş mübahisəli seçkilərin ildönümü nümayişlər keçirməyə çağırır.

Müxalifətin Sahamnews.com veb səhifəsində verilmiş məlumat əsasən, keçmiş baş nazir Mir Hüseyn Musəvi və islahatçı lideri Mehdi Kərrubi insanların kütləvi aksiyalara çağırırlar.

Veb səhifədə habelə onların nümayişlər üçün icazə almaq haqda müraciət edəcəkləri bildirilir.

Hər iki namizəd son seçkinin nəticələrinin saxtalaşdırıldığını və Əhmədienjadın prezidentliyini tanımadığını bildiriblər.

Keçən ilin iyun ayından hökumətin müxalifətin nümayişlərini dağıtması nəticəsində 80 nəfər həlak olmuş, yüzlərlə fəal həbs edilmişdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar