SON XƏBƏRLƏR

Tehranda Şəhriyar, Səttarxan və Baqirxanın heykəlləri oğurlanıb

2021.10.20, 07:36
Tehranda Şəhriyar, Səttarxan və Baqirxanın heykəlləri oğurlanıb

Gunaz.tv

GünAzTv: Tehranda məşhur azərbaycanlı şair Məhəmmədhüseyn Şəhriyar, Səttarxan, Baqirxan və Sənii Xatəmin heykəli oğurlanıb.GünAzTv mətbuat mərkəzinin “trend”-ə istinadən yaydığı məlumata görə, Tehran şəhər teatrının qarşısında ucaldılmış Məhəmmədhüseyn Şəhriyarın heykəli oğurlanıb.  İranlı heykəltəraş Əli Qəhhari tərəfindən bürüncdən hazırlanmış heykəl bundan əvvəl Tehranın Şəhriyar xiyabanında ucaldılsa da, ötən il Tehran şəhər teatrının qarşısında Əmir Kəbir və Kəmalül-Mülk kimi digər şəxsiyyətlərin yanına köçürülmüşdü.Hazırda heykəlin kim tərəfindən və nə məqsədlə oğurlandığı araşdırılır.Məlumata əsasən, bundan başqa Səttarxan, Baqirxan və Sənii Xatəmin də heykəlləri oğurlanıb. Tehran şəhər İcra Hakimiyyətindən bildiriblər ki, heykəllər bürüncdən olduğundan, ehtimal edilir ki, naməlum şəxslər tərəfindən oğurlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar