SON XƏBƏRLƏR

Təkrar ssenari – Ermənistanın Təbrizdə komsulluq açmasına dair razılıq əldə olunub

2021.10.20, 07:36
Təkrar ssenari – Ermənistanın Təbrizdə komsulluq açmasına dair razılıq əldə olunub

Gunaz.tv

GünAzTv: İran Xarici İşlər nazirinin müavini bildirib ki, Ermənistanın Təbrizdə komsulluq açmasına dair ilkin razılıq əldə olunub.

 

Nazir müavini Qəşqavi əlavə edib ki, hazırda Türkiyə və Azərbaycan Respublikasının Təbrizdə Konsulluğu var. Ümid edirik ki, yaxın gələcəkdə Ermənistan Respublikasına aid konsulluq da Təbrizdə fəaliyyətə başlayacaq.

 

Qəşqavi bəyan edib ki, hər bir şəhərdə müxtəlif ölkələrin konsulluğunun açılması o şəhərin beynalxalq imicini yüksəldir.

 

Xatırladaq ki, 2007-ci ilin dekabr ayında da İran hökuməti belə bir istəkdə bulunmuşdu. Ancaq soydaşlarımızın və milli hərəkatçıların kəskin etirazi nəticəsində bu ssenari baş tutmadı.

 

Qeyd edək ki, Ermənistanın Azərbaycan və ümumiyyətlə türk millətinə olan məlum münasibəti nəticəsində təbii olaraq soydaşlarımızın yekdilliklə buna etiraz edəcəyi gözlənilir. Artıq bu haqda milli hərəkatçılar xüsusi ilə Təbriz fəalları tərəfindən tutarlı etiraz məktubu yazılıb. Məktub İcra Hakimiyyətinə (fərmandari) veriləcək.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar