SON XƏBƏRLƏR

Rusiya prezidenti Dmitri Medvedev İrana xəbərdarlıq edib

2021.10.20, 07:36
Rusiya prezidenti Dmitri Medvedev İrana xəbərdarlıq edib

Gunaz.tv

GünAzTv: Rusiya prezidenti Dmitri Medvedev İranın dünya ictimaiyyətinin nüvə proqramı ətrafındakı narahatlıqları ilə bağlı davranışını məsuliyyətsiz hesab edir. O, istisna etmir ki, rəsmi Tehran anlayış göstərməsə, sanksiyaların tətbiqi mümkündür. Rusiyanın dövlət başçısı Danimarkaya səfəri ərəfəsində Danimarka Radio Verilişləri Korporasiyasına ("DR") müsahibə verib. O bildirib ki, İranın nüvə proqramı ilə bağlı problem çoxdandır müzakirə olunur: “Əgər İran lazımi anlayışı göstərmirsə, özünü məsuliyyətsiz aparır. Əlbəttə, bu, acınacaqlıdır. Əgər bu cür vəziyyət gələcəkdə də davam etsə, biz heç nəyi, o cümlədən, sanksiyaları istisna etmirik. Sanksiyalar pis zarafatdır. Çünki onlar nadir hallarda nəticə verir”. Bununla belə, Rusiya prezidenti hesab edir ki, bütün imkanlar tükənəndə, dünya ictimaiyyətinin başqa yolu qalmır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar