SON XƏBƏRLƏR

Amerika rəsmisi: Ermәni diasporu, böhtanları ortaya çıxacağı üçün arxivlәrini tәdqiqatçılara açmır

2021.10.20, 07:36
Amerika rəsmisi: Ermәni diasporu, böhtanları ortaya çıxacağı üçün arxivlәrini tәdqiqatçılara açmır

Gunaz.tv
GünAzTv: Brucә Fein bәyan edib ki, Ermәni diasporu Türkiyәyә atdığı böhtanları ortaya çıxacağı üçün arxivlәrini tәdqiqatçıların üzünә açmır.

ABŞ-da (Amerika Birləşmiş Ştatları) qondarma Ermәni soyqırımı iddialarına qarşı çıxan rәsmilәrdәn biri, hüquqşünas Brucә Fein bәyan edib ki, Ermәni diasporu Türkiyәyә atdığı böhtanları ortaya çıxacağı üçün arxivlәrini tәdqiqatçıların üzünә açmır.

Birlәşmiş Ştatların keçmiş prezidenti Ronald Reyganın bir müddәt mәslәhәtçisi olmuş Fein Türkiyә jurnalistlәrinә verdiyi müsahibәdә deyib ki, ermәnilәr birinci dünya müharibәsindәn bir fürsәt kimi istifadә edәrәk, müstәqil olmaq üçün qiyam qalrdırıb vә düşmәnin tәrәfinә keçәrәk Osmanlı dövlәtinә xәyanәt ediblәr. Osmanlı dövlәti dә qiyama qarşı mәcburi tәdbir görüb.

Birinci Dünya müharibәsi zamahı Şәrqi Anadoluda 2 milyon müsәlman Türkü hәyatını itirib. Hәmin dövrdә hәlak olan ermәnilәrin sayının isә 300-600 min nәfәr olduğu tәxmin edilir. Baxmayaraq ki, ermәnilәr öz itkillәrinin sayını artırmaqda davam edirlәr. O zaman cәrәyan edәn hadisәlәr ortaq bir faciәdәn ibarәtdir. Ermәnilәr iddialarını siyasi müstәvilәrdә müdafiә edirlәr. Ancaq onlar siyasәtçilәrin tarixi bilmәdiklәrini baş düşmü, yaxud düşmәk istәmirlәr.

Әgәr ermәnilәrin sübutları vardırsa, onda nә üçün Beynәlxalq Әdalәt Divanına müraciәt etmirlәr. Çünkü arxivlәrindә ortaya çıxacaq nәticәlәr özlәrinin müstәqillik qazanmaq üçün Osmanlı dövlәtinә xәyanәt etdiklәrini, müsәlman türklәrini hәlak etdiklәrini vә terrora üz tutduqlarını ortaya çıxaracaq. Bundun savayı, siyasәtçilәrin tarixi vә onun nәticәlәrini qiymәtlәndirmәyә tәşәbbüs göstәrmәlәri Ana Yasayla bir araya sığmır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar