SON XƏBƏRLƏR

TÜRKSOY “Dədə Qorquddan günümüzə türk dastan ənənəsi” mövzusunda beynəlxalq simpozium keçirəcək

2021.10.20, 07:36
TÜRKSOY “Dədə Qorquddan günümüzə türk dastan ənənəsi” mövzusunda beynəlxalq simpozium keçirəcək

Gunaz.tv

GünAzTv: TÜRKSOY-un təşkilatçılığı ilə bu ilin sonunda Şimali Kipr Türk Cümhuriyyətində “Dədə Qorquddan günümüzə türk dastan ənənəsi” mövzusunda beynəlxalq simpozium keçiriləcək.

 

GünAzTv mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, bu məlumatı Bakıda səfərdə olan TÜRKSOY təşkilatının Baş katibinin müavini Fırat Purtaş verib.

 Onun sözlərinə görə, hazırda bütün türkdilli ölkələrin iştirak edəcəyi bu önəmli simpoziuma hazırlıq işləri aparılır. Bundan əlavə təşkilatın gələcək planlarına İstanbulda beynəlxalq opera festivalının keçirilməsi də daxildir: “Bu il İstanbul Avropanın Mədəniyyət Paytaxtı elan olunub. Elə bu il çərçivəsində biz İstanbulda opera festivalı keçirəcəyik. Beynəlxalq opera festivalının bağlanışı isə Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyovun “Koroğlu” operası ilə olacaq. Bu opera TÜRKSOY-a üzv 6 ölkədən 250 sənətçinin iştirakı ilə oynanılacaq”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar