SON XƏBƏRLƏR

Amerikalı konqresmen Cim Moran: Xocalıda törədilən qətliam dəhşətli hadisədir

2021.10.20, 07:36
Amerikalı konqresmen Cim Moran: Xocalıda törədilən qətliam dəhşətli hadisədir

Gunaz.tv

GünAzTv: Cim Moran Ermənistan rəhbərliyi ilə görüşdə də Xocalı soyqırımı məsələsinə toxunacağını deyib. 

 

GünAzTv mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, Amerikalı konqresmen Cim Moran Xocalı qətliamı ilə bağlı ABŞ-dakı (Amerika Birləşmiş Ştatları) Azərbaycan diasporuna məktub göndərib. konqresmen 1992-ci ilin fevralda Xocalıda törədilən qətliamı dəhşətli hadisə adlandırıb: “Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağla bağlı münaqişə uzun müddətdir davam edir və bu münaqişə bir çox günahsız insanların həyatına son qoyub”. 

 

Konqresmen qeyd edib ki, ölənlərin xatirələri anılmalıdır və bunu etməyin ən yaxşı yolu münaqişə tərəfləri arasında uzunmüddətli sülhə nail olmaqdır: “Gələn dəfə Ermənistan rəsmiləri ilə görüşəndə mən Xocalı qətliamı məsələsini qaldıracağam və onlardan Dağlıq Qarabağ məsələsini öz azərbaycanlı həmkarları ilə birlikdə həll etməyi xahiş edəcəyəm. ABŞ həm mənəvi, həm də təhlükəsizlik maraqları nöqteyi-nəzərindən Qafqazda sülhə nail olunmasında maraqlıdır”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar