SON XƏBƏRLƏR

“Arman” öyrənci icmasının fəaliyyəti yasaqlandı

2021.10.20, 07:36
“Arman” öyrənci icmasının fəaliyyəti yasaqlandı

Gunaz.tv

GünAzTv: İranda Azərbaycanlıların mədəni hüququ üzrə rəsmi fəaliyyət göstərən təkcə qurumun qapadılmasına dair hökm çıxarılıb.

 

2010-cu il aprel ayının 26-da (ordibeheştin 6-i) Təbriz universitetində fəaliyyət göstərən “Arman” öyrənci icmasının məsulları Universitet rektorunun kabinetinə çağrılıblar. kabinetə müraciət etdikdən sonra “Arman” öyrənci icmasının qapadılmasına dair hökm, onlara verilib. Bununla bağlı heç bir səbəb açıqlanmayıb.

 

Bu qərardan sonra Azərbaycanlı öyrəncilər rektorun kabineti qarşısında toplaşaraq “Arman” öyrənci icmasının qapadılmasının səbəbinin açıqlanmasını tələb ediblər. rektor orda olmadığından söz verilib ki, onların tələblərinə baxılacaq.

 

Xatırladaq ki, adını çəkdiyimiz öyrənci icmasının fəaliyyətləri tam qanuna uyqun şəkildə həyata keçirilir. icma bir neçə il öncə Məhəmməd Xatəmi dönəmində universitet və digər səlahiyyətli orqanlar tərəfindən qeydiyyata alınıb. Belə nəzərə gəlir ki, Azərbaycan uğrunda fəaliyyət göstərmələri, icmanın bağlanması üçün yetərli və əsas səbəbdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar