SON XƏBƏRLƏR

İranda daha iki milli Veblaqımıza qadağa qoyulub

2021.10.20, 07:36
İranda daha iki milli Veblaqımıza qadağa qoyulub

Gunaz.tv

GünAzTv: İranda Azərbaycan həqiqətlərini öz əhalisinə və dünyaya çatdırmağa çalışan Kütləvi İnformasiya Vasitələrinə təzyiqlər səngimək bilmir.

 

Güney Azərbaycanın milli saytlarından aldığımız məlumata görə, İran daxilində və Güney Azərbaycanda “Azərbaycan Demokrasi Ocağı” veblaqının istifadəsinə qadağa qoyulub (Filtr edilib). O üzdən adını Çəkdiyimiz Veblaqı bu adresdə izləyə bilərsiniz:

https://azdemocracy.wordpress.com/

 

Digər məlumata əsasən “Urmu Azərbaycanın qəlbidir” Veblaqı da qadağan edilib. Veblaqın məsulu bildirib ki, yaxın gələcəkdə yeni adresdə öz fəaliyyətlərini dəvam etdirəcək.

 

Güney Azərbaycanın milli hüquqları sahəsində fəaliyyət göstərən qəzetlər, dərgilər, saytlar və veblaqların qadağan edilməsi adi hala çevrilib. Güney Azərbaycanın yeganə Telekanalı olan GünAzTv-nın izlənməsi və yayımının, İran tərəfindən dəvamlı əngəllənməsi də bu sıradandır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar