SON XƏBƏRLƏR

Milli hərəkatın səyləri öz bəhrəsini verir - Xamneyi başqa millətlərin dillərini yamsılamağı haram sayır

2021.10.20, 07:36
Milli hərəkatın səyləri öz bəhrəsini verir - Xamneyi başqa millətlərin dillərini yamsılamağı haram sayır

Gunaz.tv

GünAzTv: Müxtəlif millətlərin dil və ləhcəsinin istehza ilə yamsılanması haramdır. Bu sözləri İranın dini rəhbəri ayətullah Əli Xamneyi Bir qrup dini mədrəsə tələbəsi qarşısında çıxış edərkən deyib.

 

Əli Xamneyi deyib: “Xalq arasında yayılmış pis əməllərdən biri etniklərin ləhcəsini yamsılamaqdır. Ləhcəsi yamsılanan qeyrətli insanlar son 100 ildə ölkədə baş vermiş mühüm olaylarda xarici düşmənin hücumu qarşısında dayanıblar. Düşmənə ən çox müqavimət göstərən bölgələrdən biri Gilan bölgəsi, digərləri isə Xorasan və Azərbaycan əyalətləridir. Bu bölgə insanlarının ləhcəsinin yamsılanması, onlara istehza olunması haram sayılır”.

 

Qeyd edək ki, İranda fars millətçiləri uzun müddətdir digər millətlər xüsusi ilə Azərbaycan türklərinin mədəniyyətini, tarixi və dilini təhqir edir, onlara lətifə qoşur və estehza ilə yamsılayırlar. Bu təhqir  məktəblər, hərbi  qərargahlar, Kütləvi İnformasiya Vasitələri o cümlədən Televiziya ekranları və digər məkanlarda və müxtəlif şəraitdə  özünü büruzə verir. Hətta dəfələrcə İranın rəsmi şəxsləri və rəsmi mətbuatı (“İran” Qəzeti bir nümunəsidir) inanılmaz dərəcədə Türk millətinə qarşı təhqirlərə yol veriblər. şərhçilərimizin fikricə bu asimilə siyasətinin tərkib hissəsidir.

 

Son illərdə milli hərəkatın formalaşması və onun inanılmaz dərəcədə millətimizin içində genişlənməsi ola bilsin ki artıq İran rəhbərlərini yenidən düşünməyə məcbur edib!

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar