SON XƏBƏRLƏR

Türkiyə Xarici İşlər Nazirliyi Barak Obamanın müraciətini təəssüflə qarşılayıb

2021.10.20, 07:36
Türkiyə Xarici İşlər Nazirliyi Barak Obamanın müraciətini təəssüflə qarşılayıb

Gunaz.tv

GünAzTv: Türkiyə Xarici İşlər Nazirliyi: Tarixin yalnız və yalnız tarixçilər tərəfindən araşdırıla biləcəyinə inanırıq.

 

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ (Amerika Birləşmiş Ştatları)  prezidenti Barak Obamanın “erməni soyqırımı” ilə bağlı müraciətini etirazla qarşılayıb. Nazirliyin internet saytında yerləşdirilmiş açıqlamada deyilir: “ABŞ prezidentlərinin hər il 24 aprel günü verdikləri yazılı açıqlamalar prezident Obama tərəfindən bu il də təkrarlandı. Yanlış və birtərəfli bir siyasi baxışı əks etdirən açıqlamanı təəssüflə qarşılayırıq. Tarixi həqiqətlərin ən böyük düşməni subyektiv yaddaş qeydləridir. Heç bir xalq digərinə öz yaddaşını qəbul etdirə bilməz. Üçüncü ölkələrin də Türiyə-Ermənistan münasibətlərinin tarixi məsələsində siyasi məqsədlərlə hökm etməyə haqqı və səlahiyyəti yoxdur”.

 

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə bəyan edib ki, tarixin hər hansı bir şəkildə siyasiləşdirilərək qiymətləndirilməsi doğru deyil. “Tarixin yalnız və yalnız tarixçilər tərəfindən araşdırıla biləcəyinə və bu cür hadisələrin, o tarixi olaylarla birbaşa əlaqəsi olan ölkələr, cəmiyyətlər arasında danışıla biləcəyinə inanırıq”, deyən nazirin fikrincə, bu baxımdan Barak Obamanın açıqlaması qəbul edilə bilməz. Əhməd Davudoğlu deyib ki, tarixi birtərəfli şərh etmək cəhdləri ədalətsizlik yaradır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar