SON XƏBƏRLƏR

Bakıda dünya dini liderlərinin ümumdünya sammiti keçirilir

2021.10.20, 07:36
Bakıda dünya dini liderlərinin ümumdünya sammiti keçirilir

Gunaz.tv

GünAzTv: Bu gün (aprelin 26-i) Bakının “Gülüstan” sarayında dünya dini liderlərinin sammiti başlayıb. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sammitin açılışında iştirak ediblər.

dünyanın 35 ölkəsindən ənənəvi dünya dinlərini təmsil edən 250-ə yaxın nümayəndənin qatıldığı sammit keçmiş SSRİ məkanında ən iri dinlərarası təşkilatın - MDB Dini Şurasının təşkilatçılığı ilə keçirilir. Sammitdə sivilizasiyalararası dialoq, dünyada sülhün və əmin-amanlığın bərqərar olması, mövcud təhdidlərin aradan qaldırılması, dinlərarası dialoqa yeni impuls verilməsi, terror və ekstremizm, habelə dünya iqtisadi böhranı ilə bağlı məsələlər müzakirə olunacaq.

Prezident İlham Əliyev sammitin açılış mərasimində çıxış edib.

Dünya dini liderlərinin Bakı sammiti çox önəmli hadisədir və bu görüşün məhz Bakıda keçirilməsi təəccüblü deyil. Bunu bazar ertəsi Azərbaycan Prezidenti İlham Əliyev deyib.   

Dünya dini liderlərinin görüşünün Azərbaycanda keçirilməsi artıq ənənə halını alıb, dövlət başçısı sammitdəki çıxışında bildirib.

"Azərbaycan dini və milli dözümlülüyün böyük və şərəfli tarixi ilə tanınır", - İlham Əliyev deyib. Dövlət başçısı çıxışında dinlərarası dialoqun xüsusi əhəmiyyətini vurğulayıb.

Prezident görüşün yekunları ilə bağlı uğurlu nailiyyətin əldə olunacağına əminliyini ifadə edib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Ölkədə bütün azadlıqlar, o cümlədən din azadlığı təmin edilib. Ölkədə 1000-dən çox məscid, 22 kilsə, altı sinaqoq digər dini məbədlər fəaliyyət göstərir.

"Sosial  ədalətlilik bizim əsas priorietlərimizdən biridir. Biz istəyirik ki, regionda sülh və təhlükəsizlik bərqarar olsun və elə etmək lazımdır ki, bütün münaqişələr öz həllini tapsın". - İlham Əliyev deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar