SON XƏBƏRLƏR

Nüvə üzrə İranlı ekspert İsraildən sığınacaq istəyib

2021.10.20, 07:36
Nüvə üzrə İranlı ekspert İsraildən sığınacaq istəyib

Gunaz.tv

GünAzTv: İsrailin nazir müavini Ayub Karanın sözlərinə görə, iranlı alim İsrailə dost bir ölkədə qərarı gözləyir.

 

GünAzTv mətbuat mərkəzinin VOA-ya istinadən yaydığı məlumata görə, İsrailin nazir müavini Ayub Kara İranın nüvə ekspertinin İsraildə sığınacaq istədiyini bildirib. Onun sözlərinə görə, alim İsrailə dost bir ölkədə qərarı gözləyir.

 

Kara nə alimin, nə də onun olduğu ölkənin adını açıqlamayıb. O bildirib ki, İsrail İranın yaratdığı strateji və nüvə təhlükəsinin qarşısını almaq istəyən bütün insanlara kömək etmək üçün əlindən gələni edəcək.

 

Vaşinqton Post qəzeti ABŞ rəsmilərinə istinadən xəbər verir ki, İranın nüvə proqramı haqda qərbə informasiya verən, ya da qərbin tərəfinə keçən İran nüvə eskpertlərinin sayı artır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar