SON XƏBƏRLƏR

Təbrizdə mədəni fəalın məhkəmə iclası keçirilib

2021.10.20, 07:36
Təbrizdə mədəni fəalın məhkəmə iclası keçirilib

Gunaz.tv

GünAzTv: Təbrizdə Azərbaycanlı mədəni fəal cənab Səməd Molaqulinin ittihamlarına baxılıb. Məhkəmə iclası Təbrizin İnqilab Məhkəməsində aprel ayının 17-də (fərvərdinin 28-i) keçirilib.

 

Azərbaycanlı fəalın ittihamı qanunsuz olaraq ölkə sərhəddini pozmaqdan ibarətdir.

 

İttihama görə, Molaquli hazırda Türkiyə dövlətinə sığınan digər milli-mədəni fəall Məhəmməd Yərhunla birlikdə qanunsuz olaraq İrandan Türkiyəyə və sonra Türkiyədən İrana keçib.

 

Xatırladaq ki, Səməd Molaquli və Məhəmməd Yərhun 2008-ci il may ayının 4-də (1387-ci il ordibeheşt ayının 15-i) soydaşlarımızı 22 may (1 xordad) milli qiyamın il dönümünə çağırış etdiklərinə görə, polis tərəfindən tutuqlanıb, sistemin əleyhinə təbliğ ittihamı ilə 91 gün həbs cəzasına məhkum edilmişdilər. ancaq bir müddət sonra bu hökm Apelyasiya Məhkəməsi (dadqahe təcdide nəzər) tərəfindən şərti hökmlə dəyişilmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar