SON XƏBƏRLƏR

Ərdoğan Barak Obamanın 24 Aprel çıxışına münasibət bildirib

2021.10.20, 07:36
Ərdoğan Barak Obamanın 24 Aprel çıxışına münasibət bildirib

Gunaz.tv

GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama 24 aprel günü çıxışında “Erməni soyqırımı” ifadəsini işlətməyib. Artıq Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan bu çıxışa öz münasibətini bildirib.

GünAzTv: Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, ABŞ lideri Barak Obamanın 24 Aprel üçün “Erməni soyqırımı” ifadəsini istifadə etməməsinin Türkiyənin icra etdiyi diplomatik səylərin nəticəsi olduğunu söyləyib. Ərdoğan bu müvəffəqiyyətin fərqində olmayan müxalifəti laqeydlikdə günahlandırıb. Bir jurnalistin B.Obamanın etdiyi danışmada keçən il olduğu kimi bu il də “böyük fəlakət” ifadəsini istifadə etməsi ilə bağlı sualını cavablandıran baş nazir vurğulayıb ki, bəzi insanların bu mövzuyla əlaqədar gözləmələri çox fərqli idi. “Bu gözləmələrə hörmətli ABŞ prezidenti B.Obama bizim həssaslığımızı da çox yaxşı bildiyi üçün bu istiqamətdə bir şərh etmədi. Bu şərh hazırki anda ABŞ rəhbərliyinin bu mövzudakı baxışının nə qədər həssaslıq içində qələmə alındığını göstərməkdədir. Təbii ki, müddəti bizlər də hamı kimi həssaslıqla izlədik”, - deyə o əlavə edib. Ərdoğan, AK Partiya iqtidarı dövründə Azərbaycan hüququnun tapdaladığı istiqamətindəki iddialara da sərt reaksiya verib. Bu cür iddiaları laqeydlik olaraq xarakterizə edən baş nazir qeyd edib ki, görüşmələrdə Azərbaycan hüququna xələl gətirə biləcək ən kiçik bir yalan söz mövzusu deyil: “Azərbaycan hüququna ən kiçik bir kölgə salmayan AK Partiya iqtidarı bundan sonra da salmayacaq. Kimsə burada hədəf axtarmasın”. Baş nazir sözlərini belə davam etdirib: “Bizim parlamentə göndərmiş olduğumuz Sürixdəki protokol Azərbaycan ilə Ermənistan arasındakı regional barış təsis edilmədən dövrəyə girə bilməz. Bunu da biz Sarkisyana açıqca söylədik. Ermənistanda edilən hərəkətlər tamamilə beynəlxalq əxlaq qaydalarını tapdalamağa istiqamətlidir. Bu gün İrəvanda baş vermiş hadisələrin Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinə mənfi təsir edəcək. Proses Azərbaycan-Ermənistan regional sülhü əldə olunmadan başlaya bilməz”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar