SON XƏBƏRLƏR

Soydaşlarımız Vaşinqtonda Türkiyənin Səfirliyi qarşısında aksiya keçirib

2021.10.20, 07:36
Soydaşlarımız Vaşinqtonda Türkiyənin Səfirliyi qarşısında aksiya keçirib

Gunaz.tv

GünAzTv: Əsasən Amerika Türklərindən və 30 nəfərədək Amerika Azərbaycanlılarından ibarət 300 nəfərlik dəstə aprelin 24-də erməni nümayişçilərə və onların yalanlarına etiraz olaraq Türkiyənin Vaşinqtondakı Səfirliyi qarşısına toplaşıb. Bu barədə APA-nın Vaşinqtondakı müxbiri xəbər verib.Azərbaycanlı tələbələr yürüşə qoşularaq Türkiyə diasporuna dəstək şüarları söyləyiblər. Bütün yürüş boyunca Azərbaycan və Türkiyə bayraqları havada dalğalanıb. Ermənilərin sayı təxminən 500 nəfərdən ibarət olub. Türk və azərbaycanlılarla müqayisədə erməni nümayişçilər əsasən yeniyetmə və tələbələrdən ibarət olub. Türkiyənin ABŞ-dakı səfiri Namiq Tan Türkiyə diasporuna göstərdiyi dəstəyə və həmin problemdə Türkiyə ilə həmfikir olduğuna görə Azərbaycan icmasına təşəkkürünü bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar