SON XƏBƏRLƏR

Prezident Obama "soyqırım" ifadəsini işlətmədi

2021.10.20, 07:36
Prezident Obama "soyqırım" ifadəsini işlətmədi

Gunaz.tv

GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama qondarma erməni soyqırımı ilə bağlı ənənəvi 24 aprel çıxışı zamanı "soyqırımı" ifadəsini işlətməyib. GünAzTv mətbuat mərkəzinin “Anspress”-ə istinadən yaydığı məlumata görə, Ağ Evdən verilən açıqlamada dövlət başçısı Barak Obamanın “soyqırımı” ifadəsi işlətmədiyi bildirilib. Açıqlamada Obamanın “böyük bir fəlakət” ifadəsini söylədiyi qeyd olunub. Ötən ildən fərqli olaraq, bu dəfə Obama erməniləri xilas edən türklərdən danışıb. Birləşmiş Ştatlar dövlət başçısının “soyqırımı” ifadəsini istifadə etməməsi Türkiyənin gözləntiləri daxilində olub. Çünki Ağ Ev protokolların dalana dirənməsində Türkiyəni günahkar hesab edirdi. Lakin aprelin 22-də Ermənistan koalisiyasının parlamentdə Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasına dair imzalanan protokolların dondurması ilə Türkiyənin bu prosesə sadiq qaldığını göstərdi. Barak Obama bu açıqlaması ilə prosesə dəstək vermiş olduğunu bir daha nümayiş etdirmiş oldu.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar