SON XƏBƏRLƏR

Bir qrup Urmulu milli fəal: Aprelin 23-ü (ordibeheştin 3-ü) Azərbaycan KİV-nin “Azadlıq Günü” kimi elan edilsin

2021.10.20, 07:36
Bir qrup Urmulu milli fəal: Aprelin 23-ü (ordibeheştin 3-ü) Azərbaycan KİV-nin “Azadlıq Günü” kimi elan edilsin

Gunaz.tv

GünAzTv: Dünən 2010-cu il aprel ayının 23-də (ordibeheştin 3-ü) Güney Azərbaycan Televiziyasının (GünAzTv) 5 yaşı tamam oldu. Bununla bağlı bir qrup Urmulu milli fəalın bəyanatı:

 

Azərbaycanlı türk vətəndaşlarımız:

İrandakı Türklər (Güney Azərbaycan) təmami ilə informasiya blokadasında (baykote xəbəri) olduğu bir dönəmdə 5 il öncə 2010-cu il aprel ayının 23-də (ordibeheştin 3-ü), Güney Azərbaycan Televiziyası (GünAzTv) Azərbaycana xidmət və ari şovinizminə qarşı (ariyayi şovinizmi)  mübarizə məqsədi ilə yaradılıb.

 

Sözü gedən Telekanal minimum imkanla,  Azərbaycan düşmənləri  tərəfindən yönəlmiş makzimum ziddiyətlər və maneçiliklərə  baxmayaraq ən qısa zamanda Güney, Quzey və dünya üzrə bütün Azərbaycanlıların sevimlisinə çevrilə bilib. Bununla bərabər Telekanal fars şovinizminə bağlı olan bütün qurumlar və təşkilatlar, həmçinin anti-türk dövlətlərin qəzəbinə tuş gəlib.

 

Əhməd Obalı və GünAzTV-nin digər əməkdaşları, bütün soydaşlarımız ki, bu milli kanalın yaradılması və yaşadılmasında əmək sərf ediblər, onlar türk millətimizin xüsusi ilə Azərbaycanın tarixi yaddaşında qalacaqlar.

 

Biz Urmunun kimlik tələb edən milli fəalları bu mübarək günü (GünAzTv-nin qurulan günü) bütün Azərbaycan türk millətinə təbrik edir və təklif edirik ki, bu gün Azərbaycan Kütləvi İnformasiya Vasitələrinin “Azadlıq Günü” kimi elan olunsun.

 

Azəbaycanın əbədi türk şəhəri Urmunun bir qrup milli fəalı

Azərbaycan var olsun             istəməyən kor olsun

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar