SON XƏBƏRLƏR

İranda həbs olunan amerikalılar aclıq aksiyasına başlayıblar

2021.10.20, 07:36
İranda həbs olunan amerikalılar aclıq aksiyasına başlayıblar

Gunaz.tv

GünAzTv: 2009-cu ilin iyulundan İran həbsxanasında saxlanılan amerikalı turistlər aclıq aksiyasına başlayıblar.

“France Presse” agentliyinin yaydığı məlumata görə, bu barədə amerikalıları həbsxanada ziyarət edən isveçrəli diplomatlar onların qohumlarına xəbər veriblər. Diplomatlar bildiriblər ki, həbsdə olan 3 nəfərdən 2-nin səhhəti təhlükə altındadır.ABŞ (Amerika Birləşmiş Ştatları) hökuməti xüsusi bəyanatla çıxış edərək həbsxanada saxlanılan amerikalıların səhhətinin pisləşməsindən narahat olduğunu bildirib. Bəyanatda İran hökuməti tutulanların tez bir zamanda azad edilməsinə çağırılır.ABŞ vətəndaşları Şeyn Bauer, Sara Şurd və Coşua Fettal 2009-cu il iyulun 31-də İran ərazisində tutulublar. Onlar İraqda tarixi əraziləri gəzdiklərini və təsadüfən İran ərazisinə keçdiklərini bildirirlər. Lent.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar