SON XƏBƏRLƏR

Zimbabve Demokratik Dəyişiklik Hərəkatı Partiyası: Əhmədinejadı ölkəyə dəvət etmək, böyük təhqirdir

2021.10.20, 07:36
Zimbabve Demokratik Dəyişiklik Hərəkatı Partiyası: Əhmədinejadı ölkəyə dəvət etmək, böyük təhqirdir

Gunaz.tv

GünAzTv: İran prezidenti Mahmud Əhmədinejadın aprelin 22-də Zimbabveyə iki günlük rəsmi səfəri etirazla qarşılanıb.

Əhmədinejad Zimbabve prezidenti Robert Muqabenin rəsmi dəvəti ilə bu ölkəyə səfər edib. Onun Zimbabve paytaxtında keçirilən sərmayə qoyuluşu toplantısına, həmçinin bu ölkənin illik iqtisadiyyat və ticarət sərgisinin açılış mərasiminə qatılması nəzərdə tutulub.

GünAzTv mətbuat mərkəzinin “media forum”-a istinadən yaydığı məlumata görə, Muqabenin liderlik etdiyi hakim partiyanın əsas rəqibi olan Zimbabve Demokratik Dəyişiklik Hərəkatı Partiyası (bu partiyanın rəhbəri Morqan Çangiray Zimbabvenin baş naziridir) bəyanat yayaraq Əhmədinejadın bu ölkəyə səfərini böyük siyasi rüsvayçılıq adlandırıb: “Əhmədinejadın ölkəmizə səfəri təkcə Zimbabve xalqına yox, həm də demokratiyaya, o cümlədən məzlum İran xalqına böyük təhqirdir.

Onun Zimbanveyə dəvət olunması, malyariya xəstəliyinin müalicəsi məqsədilə ağcaqanadın dəvət olunması kimi bir şeydir. O, (Əhmədinejad) müharibə tərəfdarı olan bir şəxs kimi insan hüquqlarını pozduğuna və müxaliflərin cəlladı kimi tanındığına görə şöhrət qazanıb. Onun öz ölkəsində də prezidentliyinin legitimliyi sual altındadır”.

Əhmədinejadın bu səfərdə Zimbabve tərəfi ilə iqtisadiyyat, ticarət, kənd təsərrüfatı və digər sahələrdə qarşılıqlı və birgə əməkdaşlıq əsasında bir neçə müqavilə imzalayacağı gözlənir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar