“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
GünAzTv: Azərbaycan və Türkiyəyə qarşı əsassız ərazi iddiaları irəli sürən ermənilər Gürcüstana qarşı da analoji kampaniyaya başlayıb. Ermənilər Samsxe-Cavaxetiya bölgəsinin Gürcüstandan ayrılmasını tələb edib.GünAzTv mətbuat mərkəzinin “Anspress”-ə istinadən yaydığı məlumata görə, İrəvanda Gürcüstanın Ermənistandakı səfirliyi qarşısında aksiya keçirilib. Aksiya iştirakçıları Gürcüstana qarşı ərazi iddiaları irəli sürərək, Samsxe-Cavaxetiya bölgəsinin Gürcüstandan ayrılaraq müstəqil olmasını tələb edib.Ermənistanın “Yeni Mühafizəkarlar Hərəkatı”nın təşkil etdiyi aksiyada əsasən gənclər üstünlük təşkil edib. Onlar hərəkat adından bəyanat səsləndirib. Gürcüstana qarşı ərazi iddialarının əks olunduğu bəyanatı hərəkat üzvləri Gürcüstanın Ermənistandakı səfirinə təqdim etmək istəyib. Bu niyyət baş tutmadığından sənəd səfirliyin mühafizəsini həyata keçirən polislərə verilib. Səfirlikdən onların qarşısına heç kimin çıxmamasını aksiyaya rəhbərlik edən hərəkat təmsilçisi Eduard Abramyan diplomatik etiketə uyğun olmayan addım adlandırıb. Aksiya zamanı polis mitinqin gedişinə müdaxilə etməyib. Halbuki, adətən polis İrəvanda kütləvi aksiyaların qarşısını dərhal alır. Bu isə onu göstərir ki, Gürcüstana qarşı ərazi iddiaları şüarları altında keçirilən aksiya rəsmi qurumlarla razılaşdırılıb.
Cavaxetiya məsələsinin yenidən gündəmə gətirilməsi Gürcüstanda böyük narahatlıqla qarşılanıb.
Gürcüstanın İrəvandakı səfirliyi qarşısında keçirilən aksiyada ermənilərin Gürcüstanın Samsxe-Cavaxetiya bölgəsinin ayrılaraq müstəqil olması tələbləri ilə çıxış etməsi Gürcüstan ictimaiyyəti və ziyalıları arasında narahatlıqla qarşılanıb. Gürcüstan Elmlər Akademiyasının akademiki Mixail Kurdiani ANS TV-nin Gürcüstan bürosuna müsahibəsində bildirib ki, ermənilər tarixin son 70 ilində vaxtaşırı olaraq Gürcüstana qarşı torpaq iddiaları ilə çıxış edib və erməni əhalisinin məskunlaşdırıldığı Cavaxetiya ərazisinin guya tarixən onlara məxsusluğu barədə sərsəm bəyanatlar yayıb: “Təəssüf ki, bununla erməni milləti həm öz təcavüzkarlığını nümayiş etdirir, həm də böyük dövlətlərin Cənubi Qafqazdakı maraqlarının həyata keçirilməsində qonşularına qarşı xəyanətkar cəbhədə dayanır. Buna başqa ad vermək olmaz, çünki ermənilərin ərazi iddialarının heç bir tarixi əsası yoxdur. Cavaxetiya erməniləri həmin torpaqlara Rusiya tərəfindən XIX əsrin ortalarında köçürülüb”. Gürcü və erməni dillərini, habelə başqa dilləri yaxşı bildiyini deyən Kurdiani bu günədək Cavaxetiyanın ermənilərə məxsusluğunu təsdiqləyən tarixi fakta rast gəlmədiyini bildirib. “O yerin adı çox qədimdir. Cavaxetiya və ya Cavaxın hələ qədim Misir səlnamələrində də adı çəkilib”,- deyə Kurdiani vurğulayıb. Mixail Kurdiani bildirib ki, Qafqazda Azərbaycan və Gürcüstan torpaqları hesabına özlərinə dövlət qurmuş ermənilər bu tələbləri ilə Qarabağda baş verənləri indi də Cavaxetiyada təkrarlamaq istəyir. Fakt budur ki, həqiqətən də Cavaxetiya ermənilərinə müstəqillik verilməsi tələbləri ilə son 20 ildə Ermənistan tərəfindən bir neçə dəfə cəhdlər göstərilib və təsadüfi deyil ki, bunun nümayişkəranə şəkildə ifadəsi 20-ci əsrin 90-ci illərində ortaya çıxıb. Müstəqil Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiyanın 1991-ci ilin sonlarında Ermənistan rəhbərliyinə Cavaxetiyada yaranmış vəziyyətə görə xəbərdarlıq etməsi də buna sübutdur və bu, ermənilərin indi həyata keçirdiyi kampaniyanın əsasının da məhz həmin dövrdən qaynaqlandığına işarədir. Gürcüstanın indiki siyasətçiləri də Ermənistan dövlətinin separatçılıq siyasətini bu ölkənin iflas perspektivi kimi dəyərləndirir. Parlamentin vitse-spikeri Levan Vepxadze bəyan edib ki, ermənilər bu cür tələblərlə çıxış etməklə, iki qonşu ölkə arasındakı münasibətlərə ziyan gətirəcək. Onun sözlərinə görə, rəsmi İrəvan tərəfindən belə bir addım dəstəklənsə, bu sonda Ermənistanın tamamilə blokada vəziyyətinə düşməsi ilə nəticələnəcək: “Bunu edən insanlar Gürcüstana təzyiq etmək istəyən və Ermənistanda öz siyasi karyerasını qurmaq istəyən insanlardır. Təəssüflər olsun ki, onlar Gürcüstanda yaşayan ermənilərdən də istifadə edir. İrəvanda anlamalıdırlar ki, Gürcüstanla normal münasibətlər olmadan Ermənistan daha da pis vəziyyətə düşə bilər. Çünki onların artıq Azərbaycanla Dağlıq Qarabağ kimi münaqişəsi mövcuddur. Bunu edən insalar əgər çalışırlarsa ki, Gürcüstanla da münasibətlərin korlanmasına nail olsunlar, onda bu, Ermənistanın izolyasiya olunmasına gətirib çıxaracaq. Məncə, bu, Ermənistana fayda verməyəcək”. Gürcüstanın Xarici İşlər Nazirliyi isə hələlik bu məsələ ilə bağlı mövqe ortaya qoymayıb.
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu