SON XƏBƏRLƏR

Ermənilərə Güney Azərbaycanda erməni izi axtaracaq

2021.10.20, 07:36
Ermənilərə Güney Azərbaycanda erməni izi axtaracaq

Gunaz.tv

GünAzTv: Erməni Arxitekturasını Araşdırma İctimai Təşkilatı bu ilin yayında "Güney Azərbaycanda ermənilərin tarixi abidələrinin araşdırılmasına başlayacaq”. Bu barədə “Yeni nəfəs” qəzeti "newsarmenia”ya istinadən xəbər yayıb.

 

Təşkilatın Yerevandakı rəhbəri Samvel Karapetyan açıqlamasında bildirib ki, 2010-cu il üçün nəzərdə tutulmuş ən iri layihə məhz ermənilərin İrandakı tarixi abidələrinin araşdırılmasıdır. O çıxışında "Bu irimiqyaslı proqram Ermənistanın tarixi torpaqlarındakı, o cümlədən Qaradağ, Xoy, Salmas, eləcə də İrandakı başqa ərazilərdə erməni abidələrini araşdıracaq” –deyə qeyd edib.

O, həmçinin layihənin Tehrandakı "Vaçe Ovsepyan” dövlət muzeyi əməkdaşlarının birgə iştirakı ilə gerçəkləşdiriləcəyindən bəhs edib. Onun sözlərinə görə, bu proqram Ermənistanın dövlət büdcəsi hesabına həyata keçiriləcək.

Karapetyan belə layihələrin ötən il Gürcüstan və "Dağlıq Qarabağın azad olunmuş ərazisi”-ndə (əslində işqal edilmiş) gerçəkləşdirdiklərini söyləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar