SON XƏBƏRLƏR

Türkiyənin Minsk qrupunda həmsədr olması təklifinin müzakirəyə çıxarıldığı açıqlanıb

2021.10.20, 07:36
Türkiyənin Minsk qrupunda həmsədr olması təklifinin müzakirəyə çıxarıldığı açıqlanıb

Gunaz.tv

GünAzTv: Rəsmi Moskvadan yeni bəyanat səslənib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Andrey Nesterenko aprelin 22-də keçirdiyi brifinqdə Türkiyənin ATƏT-in Minsk qrupunun həmsədrləri sırasına daxil edilməsi və İranın bu prosesdə vasitəçiliyinin mümkünlüyünün nəzərdən keçirildiyini bildirib. AzərTAc-ın məlumatına görə, XİN sözçüsü deyib: “Biz bu məsələ ilə bağlı fəal əlaqələr yaradırıq. Son vaxtlar müəyyən təkliflər olub. Biz onları nəzərdən keçiririk. Müəyyən rəy söyləmək üçün danışıqlar prosesində iştirak edənlərin hamısı ilə əlaqə saxlamalı, onların bu məsələlərə münasibətini öyrənməliyik. Məhz bununla məşğuluq. Həmkarlarımızla əlaqələrdən sonra biz geniş şərh verə bilərik”.

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, Aprelin 21-i jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Əli Həsənov da ATƏT-in Minsk qrupunda müəyyən dəyişikliklərin müzakirə mövzusu olduğunu vurğulamışdı. Onun sözlərinə görə, Fransanın qrupda Avropa Birliyini həmsədr kimi təmsil etməsi təklif olunur: “Başqa ideya da var ki, Türkiyə Minsk qrupunda həmsədr olsun. Digər təkliflər də var”.

Xatırladaq ki, 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupuna Azərbaycan, Ermənistan, Türkiyə, Almaniya, Finlandiya, Niderland, ABŞ (Amekika Birləşmiş Ştatları), İsveç, Portuqaliya, Rusiya, Fransa, Belarus və İtaliya daxildir. Həmsədrlik institutu təsis olunarkən ona əvvəl Finlandiya və Rusiya, sonra isə İsveç və Rusiya başçılıq ediblər. 1997-ci ildən ATƏT-in Minsk prosesini həmsədrlər qismində ABŞ, Rusiya və Fransa aparır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar